Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilərə dəstək olan Kirkorov və Aygün Kazımovaya qarşı sərt reaksiyalar

10-10-2020, 14:59   




Rusiyanın xalq artisti Filip Kirkorovun sosial şəbəkədə ermənilərə dəstək olması Azərbaycanda birmənalı qarşılanmayıb.

Sosial şəbəkə izləyiciləri F. Kirkorovun Azərbaycana bir daha buraxılmamasını, Aygün Kazımovanın isə onunla ifa etdiyi mahnıları “youtube” səhifəsindən silməsini tələb ediblər. Bir çox məşhur sima da Kirkorova öz etirazını bildirib.

Əməkdar artist Nərgiz Cəlilova İnstaqramın hekayə bölümündə Filip Kirkorovun adını işarələyərək “Qarabağ Azərbaycandır. Sənin ayağın daha buraya dəyməsin!”, - deyə qeyd edib.

Müğənni Rəqsanə də öz etirazını bildirib: “Burnundan gəlsin. Günah bunu Azərbaycana gətirib, konsert verdirəndədir. Gəlib çörəyimizi yeyir, sonra bizə düşmən kəsilirlər”.

Müğənni Nurlan Təhməzli isə Kirkorovun hər zaman ermənipərəst olduğunu vurğulayıb: “Bu hər zaman ermənipərəst olub. Murdar sifətinə baxanda bilinir. Öz millətimizə, öz insanımıza, öz dilimizə, bizi sevənə dəyər verək”.

Prodüser Tarix Əliyev “Nə vaxta qədər biz düşməni ölkəmizə gətirib başımızın üstünə qoyacağıq? Konsertlər versin, pulumuzu aparsın, amma əməlində cılız erməniyə dəstək olsun. Filip Kirkorov Azərbaycanda qara siyahıya salınmalıdır. Bundan sonra bu insanın oxuduğu heç bir mahnıya önəm verilməməlidir. Azərbaycan şəhid verir, Filip gəlib milyonlarımızı aparır, erməniyə dəstək olur”, - deyə bildirib.

Etirazlara müğənni Ayan BabakişiyevaŞəbnəm Tovuzlu və başqaları da qoşulublar. Lakin F. Kirkorovun duet ortağı Aygün Kazımova məsələyə səssiz qalıb. O, Kirkorovla bağlı heç bir paylaşım etməyib və duetlərini rəsmi kanalından silməyib. Aygün Kazımova F. Kirkorovla bağlı səssiz qalması  sənətçinin sərt şəkildə tənqid olunmasına səbəb olub.


Qeyd edək ki, Kazımova ilə Kirkorov ötən il  “Jalma” və “Can Azərbaycan” mahnılarını duet şəklində ifa etmişdilər. Daha sonra Rusiya mətbuatı məşhurların sevgili olduğunu yazsa da, xalq artisti yayılan məlumatları şayiə adlandırmışdı:
“Filip ilə yaxın dostuq. Sevgili olduğumuz barədə yazılanlara gəldikdə isə  Filip ilə aramda heç nə yoxdur. Amma istəsəniz, sevgili olarıq”.

Könül
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar