Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tanınmış müğənnilər şəkil üstündə dava salıb

17-04-2014, 09:01   
Tanınmış müğənnilər şəkil üstündə dava salıb
“Gərək heç kim keçmişini unutmaya”. Bu sözləri Mətanət İsgəndərli anaxeber.info-a Ramalın toyunu ağlayaraq tərk etməsinə aydınlıq gətirərkən dedi: “Mən bu haqda danışmaq istəmirəm. Bəli, inciklik olub, lakin xanım müğənnilər mənim doğru anlamadığımı dedilər. Güya yalnış anlaşılma olub. Nə deyim, sadəcə onu deyə bilərəm ki, gərək heç kim keçmişini unutmaya”.
Qeyd edək ki, dünən Ramal İsrafilovun toyunda, müğənni Mətanət İsgəndərli eyni masa ətrafında yer alan Nazpəri Dostəliyeva və Könül Kərimovadan inciyib. Belə ki, Nazpəri xanım Dostəliyevanın Könül Kərimovaya onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub. “Mənlə niyə şəkil çəkdirmirsiniz”, - deyə soruşan Mətanət xanımla digər iki xanım sənətçi arasında söz davası yaranıb. Bu olaydan gözləri dolan Mətanət İsgəndərli “Keçmişinizi deyəsən unutmusunuz. Hamınızın yadına salaram”, - deyərək gözüyaşlı şəkildə toyu tərk edib. Xatırladaq ki, son günlər Mətanət İsgəndərlinin narkoman olduğu iddiası gündəmdən düşmək bilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar