Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə mediası Aygün Kazımovadan yazdı

28-04-2014, 11:27   
Türkiyə mediası Aygün Kazımovadan yazdı
Son zamanlar Türkiyədə aktiv olaraq işlər görən xalq artisti Aygün Kazımova əziyyətinin bəhrəsini görüb.

Türk mediası ötən gündən etibarən sənətçimiz barədə xəbərlər dərc etməyə başlayıb. “Azərbaycanın divası” başlığı ilə gedən məqalələr hər kəs tərəfindən maraqla qarşılanıb. Türk şou biznesinə “Coffee From Columbia” adlı sinqlı ilə giriş edib. Dünyaca məşhur rep ifaçısı Snoop Dogg ilə duet ifa edərək olduqca iddialı başlayan A.Kazımovanın yeni işıq üzü görən albomunu DMC etiketi ilə Türkiyənin bütün musiqi mağazalarında görmək olacaq.

Qeyd edək ki, xalq artistinin albomu ilə yanaşı klipi də Türkiyənin bir neçə kanallarında yayımlanacaq.

Aygün Kazımovadan qabaq Röya Ayxan barədə də qardaş ölkədə məqalələr çap olmağa başlamışdı. Türk musiqi şirkəti ilə işbirliyi edən Röyanın “ Gəmicilər” klipi Kral televiziyasında sevilən mahnıların sırasında yerini almışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar