Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Selena Qomez Mirandanın keçmiş əri ilə eşq yaşayır

29-04-2014, 11:59   

Dünya şöhrətli model Miranda Kerrdən boşanan aktyor Orlando Blumun adı indi də müğənni Selena Qomezlə eşq macərasında hallanır.

Müğənni Castin Biber keçmiş sevgilisi Selenaya qayıtmaq istəsə də və ona dayanmadan üzücü mesajlar yazsa da, Qomez onu bağışlamaq niyyətində deyil.

21 yaşlı müğənni son zamanlar tez-tez Orlando Blumla birlikdə görntülənir. 37 yaşlı aktyor və Selena məşhur televiziya şoularının birinə də birgə qatılıblar. Cütlük oraya eyni maşında gəlib və eyni avtomobillə də geri dönüblər. Paparatsilərin hədəfinə tuş gəldiyini görən Selena gizlənməyə cəhd edib. Bundan əlavə, onlar daha öncə mühüm tədbirlərin birində də birgə olmuşdular. Hətta Selenanın məşhurlarlarla çəkdirdiyi fotoların içində Orlando Blumla olan şəkil də yer almışdı.

Xatırladaq ki, Orlando Blum və Miranda Kerr 2013-cü il oktyabrın 25-də boşanıblar. Ayrılmaqlarına baxmayaraq, cütlük hələ də bir-birini sevdiyini və hər zaman birgə olacaqlarını söyləmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar