Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

RÖYANIN VİP BİLETLƏRİ HARADAN SİFARİŞ OLUNUB?

17-04-2014, 09:37   

anaxeber.info-ın əldə etdiyi məlumata görə, Röyanın Moskvada verəcəyi konsertin VİP biletlərini xüsusi müştərilər sifarış edib. Onların kimliyi açıqlanmasa da, sifarişçilərin Bakıdan olduğu söylənilir. Bu xəbəri təsdiqləyən təşkilatçılar bildiriblər ki, Bakıdan konsertə gəlmək istəyənlər heç də az deyil.
“Əslində biz bu konserti Moskvada yaşayan azərbaycanlılar üçün təşkil etmişdik. Lakin nəticələrə baxdıqda məlum olur ki, Bakıdan konsertə gəlmək istəyənlərin sayı da az deyil. Belə bir düşüncə formalaşıb ki, Kremldə azərbaycanlı ifaçının konserti hər 10 ildə bir mümkün olur. Ona görə, axın çoxdur. Konsertə 3 gün qalıb. Gərgin məşqlər gedir.
Möhtəşəm şou göstərəcəyik. Tamaşaçılar bu xoş günü heç vaxt unutmayacaqlar.”
Xatırladaq ki, aprel ayının 18-də, saat 19:00-da Moskvada, Kreml sarayında sürprizlərin gözlənildiyi konsertin informasiya dəstəyi anaxeber.info-a aiddir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar