Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hollivud ulduzu türk aktyorlarını təriflədi

30-04-2014, 10:26   

Cem Yılmaz Tvitter sosial şəbəkəsindəki şəxsi hesabında “The Water Diviner” (Su ilahəsi) filminin kamera arxası görüntülərini paylaşıb.
Rassel Krounun film ilə əlaqədar bütün məlumatları danışdığı videoda Yılmaz Ərdoğan və Cem Yılmazın çəkildiyi səhnələr də görünür.

Cem Yılmazın filmi ingiliscə şərh etdiyi hissə və Rassel Krounun Cem Yılmaz ilə Yılmaz Ərdoğana tərfilər yağdırması diqqət çəkib. Çəkilişlərinin böyük hissəsi Türkiyədə həyata keçirilən filmin rejissoru Rassel Krou türkiyəli aktyorlar haqqında bu sözləri deyib:
“Türkiyəli aktyorlardan böyük təcrübə qazandım. General Həsən rolundakı Yılmaz Ərdoğan möcüzə yaratdı. Camalı oynayan Cem Yılmaz müdhiş aktyordur. Xarakterin içinə tamamilə girə bildi. Xarakter nə istədisə, onu əks etdirməyi bacardı”.

Cem Yılmaz isə bu sözləri deyib: “Hər savaş filmində qəhrəmanlıq əhvalatlarından istifadə edirlər. Bu filmdə elə şey yoxdur. Xarakterlər, insanlar, hadisələr, vəziyyətlər... Hamısı yaşanmış hadisələrdir”.
[media=http://www.youtube.com/watch?v=QJ9Ehz5BREs]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar