Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı müğənninin 250 minlik avtomobili

4-05-2014, 03:37   

Müğənni Orxan Babazadə 250 minlik avtomobili ilə fotosessiya etdirib.

Bir müddət əvvəl bahalı villasında çəkiliş edən Orxan indi də maşınını kameraların qarşısına çıxarıb. Sənətçi çoxdandır “Range Rover” markalı avtomobilin "Vogue 2014" modelini almağı arzuladığını və onu xaricdən sifarişlə gətirtdiyini bildirib:

“Uzun müddət idi, bu maşından istəyirdim. Nəhayət, sifariş etdim, gətirdilər. Ürəyimcədir, artıq uzun müddət maşınımı dəyişmək fikrim yoxdur”.

Orxan şou-biznesdə ən bahalı avtomobilə sahib olduğunu iddia edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar