Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Brilliant Dadaşova Sevdanın səhnəyə çıxmağına mane olur”

4-05-2014, 03:39   

Prodüser Tarix Əliyev və xalq artisti Brilliant Dadaşova arasındakı qalmaqal daha da şiddətlənib.

Tolikin “15 ildir Türkiyədədir, tanınmır” sözünə “ATV maqazin” verilişində “Siz də mənə sıçovul haqqında sual verirsiniz” deyə cavab verib.

B.Dadaşovanın bu cavabı Toliki daha da əsəbiləşdirib. Prodüser xalq artistinin açıqlamasını cavabsız qoymayıb:

“Bir daha şahidi oldum ki, sənətkar 27 il oxumağına baxmayaraq, bu gün Sevdanı səhnəyə 48 dəqiqə gec çıxardır. Elə bil axırıncı toy idi. İnsan nə qədər paxıl olarmış? Özündən 28 yaş balaca qızın səhnəyə çıxmağına mane olur. Bunların hamısı qocalıqdan irəli gələn şeylərdi. Brilliant hansı qız müğənni ilə eyni toya düşürsə, onu ən azı 30 dəqiqə gözlətdirir. Allah köməyi olsun. Boş-boş “cavanları dəstəkləyirik” deməklə deyil. Elə gənclərin yolunu kəsən də sizlərsiniz. Cavanların da ağlı yoxdur ki, qabağınıza gedib salam verirlər. Salam vermirəm, çünki sözüm bıçaqdan itidir. Yandırmasaydı, cavab da verməzdin. Deməli yandırmışam. Ötən il “Onlar” verilişində “ölkənin as prodüseri” deyirdin, indi siçan oldum? Bu sözlər sizin ağzınızdan çıxmışdı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar