Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"O səs Türkiyə"nin bənzər variantı ATV-də başlayır

18-04-2014, 11:09   

ATV telekanalında “Azərbaycanın səsi” adlı yeni bir layihəyə start verilib.
anaxeber.info-ın məlumatına görə, yarışmanın qalibinə avtomobil hədiyyə ediləcək. “Azərbaycanın səsi” layihəsinin aparıcısı Günay Firudinqızı müsabiqə ilə bağlı açıqlama verərək onun fərqli və daha maraqlı olacağını vurğulayıb:“Seçim turlarına ötən gün start verildi. Dörd münsifimiz var: Müğənnilər Natavan Həbibi, Elnarə Xəlilova, Nadir Qafarzadə və meyxanaçı Namiq Qaraçuxurlu. Hər münsifin 16 tələbəsi olacaq. Həftə ərzində onlar ələnəcək. Seçimlər başa çatdıqdan sonra canlı efir başlayacaq. SMS səsvermə ilə ən yaxşı səsi olan seçiləcək. Bu, təkcə müsabiqədə iştirak edən gənclərin yox, eyni zamanda münsiflərin də yarışmasıdır. Veriliş həftədə bir dəfə yayımlanacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar