Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezident: “Hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir”

8-05-2014, 11:28   
Prezident: “Hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir”
“ASAN xidmət”in yeni mərkəzi açılır. Çox gözəl hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, “ASAN xidmət” mərkəzlərində bizim gənclərimiz çalışırlar, işləyirlər, həm könüllülər, həm burada xidmət göstərən vətəndaşlar.

Bunu ölkə prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı deyib.

Prezident bildirib ki, bu, yenilikdir, müasirlikdir, inkişafdır:

“Sabunçu rayonundakı “ASAN xidmət”in fəaliyyətə başlaması demək olar ki, Bakı şəhərində artıq bu məsələni tamamilə həll etmiş olur. Artıq Gəncə, Sumqayıt şəhərlərində də “ASAN xidmət” mərkəzləri vardır. Bu gün mənə göstərilən layihələr də çox gözəl layihələrdir. Sabirabadda, Masallıda, Bərdədə “ASAN xidmət”lər olacaqdır, gələcəkdə isə hər bir yerdə. Çünki Azərbaycan vətəndaşları müasir xidmətlər almalıdır.

“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir. Qısa müddət ərzində bu mərkəzlərə 1 milyon 500 min müraciət olub. Bu, özlüyündə bir göstəricidir. Müraciət edənlərin 97 faizi “ASAN xidmət”in fəaliyyətindən razıdır. “ASAN”ın birinci ilinin tamam olmasını nəzərə alsaq, inanıram ki, gələcəkdə bu rəqəm 100 faizə çatacaqdır. Azərbaycan vətəndaşları belə xidmətlərə layiqdir. Əminəm ki, bu təşəbbüs nəinki Azərbaycanda, başqa ölkələrdə də tətbiq ediləcəkdir”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır:

“Mən bunu dəfələrlə demişəm ki, hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir. “ASAN xidmət”in yaradılması bax bu siyasətin nəticəsidir, onun əlamətidir.
Burada göstərilən xidmət, şəffaflıq, mədəniyyət ölkəmizin hər bir yerində özünü göstərməlidir. Biz ölkəmizi müasirləşdiririk, ölkəmiz uğurla inkişaf edir. Hər bir sahədə gözəl nəticələr vardır və olacaqdır.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, bu “ASAN xidmət”də işləmək sizin üçün də xoşdur. İnsanlara xidmət göstərmək hər bir dövlət məmuru üçün əsas prinsip olmalıdır. Sizi ürəkdən təbrik edirəm, uğurlar arzulayıram”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar