Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həddini aşan Jirinovskini rusların özü cəzalandıracaq

19-04-2014, 12:30   
Həddini aşan Jirinovskini rusların özü cəzalandıracaq
Dünən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Parlament jurnalistini təhqir etməsinə görə Rusiya Dövlət Dümasının sədri Sergey Narışkin sərt reaksiya göstərərək, dumanın deputat etikası komissiyasında məsələnin baxılmasına göstəriş verib. anaxeber.info-ın məlumatına görə, bunu İTAR-TASS-a komissiyanın sədr müavini Andrey Andreyev xəbər verib. O bildirib ki, “Dövlət Dümasının spikerinin tapşırığı ilə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin yaratdığı qalmaqal gələn həftə komissiyada araşdırılacaq”.
Narışkin özü isə LDPR liderinin hərəkətini qınayaraq, mənfi münasibət bildirdiyini söyləyib və öz növbəsində jurnalistdən deputata görə üzr istədiyini bildirib. Komissiyanın sözçüsü Andrey Andreyev onu da qeyd edib ki, komissiya etdiyi nalayiq hərəkətə görə Vladimir Volfoviçdən izahat tələb edəcək.
Öz növbəsində Moskvanın Jurnalistlər İttifaqının sədri, İctimai Palatanın üzvü Pavel Qusyev də bütün Kütləvi İnformasiya Vasitələrini Jirinovskini baykot etməyə çağırıb. “Mən belə hesab edirəm ki, siyasi partiya sədrinin bir jurnalisti bu şəkildə təhqir etməsi və alçaltması çox pis haldır, özü də ki, qadını təhqir etməsi ümumiyyətlə heç bir çərçivəyə sığmır. Biz belə hesab edirik ki, bu hadisə Dövlət Düması üçün dərs olmalıdır, və onlar lazımi tədbirləri görməli və belə hərəkətləri qınamalıdırlar”, - deyə Pavel Qusyev əlavə edib. Aprelin 21-də isə İctimai Palata bu məsələni müzakirə edəcək.
Xatırladaq ki, ötən gün MİA “Rossiya Seqodnya” agentliyinin müxbirinin Ukraynadakı hadisələrlə bağlı sualından qıcıqlanaraq, hamilə vəziyyətində olan qadın parlament jurnalistini və öz həmkarlarını müdafiə edən digər jurnalistləri təhqir etmişdi. Parlament Jurnalistləri Rusiya Dövlət Dümasının spikerinə kollektiv məktuibla müraciət edərək partiya liderinin hərəkətini qiymətləndirməsini istəyiblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar