Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya senatoru Aleksey Puşkov: “Qarabağdakı müharibəyə görə bütün məsuliyyət Paşinyanın üzərindədir”

4-10-2020, 14:16   


Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsinə və müharibənin başlamasına görə bütün məsuliyyətin Ermənistan baş naziri Nikol Paşinyanın üzərinə düşdüyünü bəyan edib. Virtualaz.org xəbər verir ki, Puşkov bu barədə özünün Telegram-kanalında bildirib.
O, qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət məhz Paşinyanın hakimiyyətə gəlişindən sonra kəskinləşməyə başladı. Puşkovun sözlərinə görə, bu əslində təsadüf deyil, düşünülmüş hərəkət idi. “Bütün bu baş verənlər Rusiya ilə münasibətləri şübhə altına alan Paşinyanın siyasətinin nəticəsidir”,-Puşkov qeyd edib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar