Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cəbhədə darmadağın olan Ermənistana bir zərbə də ABŞ-dan GƏLDİ: 3 ay ərzində sərt şəkildə...

6-10-2020, 13:36   


Cəbhədə darmadağın olan Ermənistana bir zərbə də ABŞ-dan GƏLDİ: 3 ay ərzində sərt şəkildə...
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək uğrunda başlatdığı əks-hücum əməliyyatları qarşısında darmadağın olan Ermənistana bir zərbə də “Fitch Ratings”dən gəlib.
Publika.az xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən kredit reytinqi agentliyi Ermənistanın kredit səviyyəsinin aşağı endirildiyini bildirib.
Agentlikdən verilən açıqlamada Ermənistanın “BB-”də olan valyuta növündən uzunmüddətli kredit reytinqi səviyyəsinin “B+”ə endirildiyi, səviyyə təsvirinin isə “sabit” olduğu qeyd edilib.
Ermənistanda bu ilin ilk yarısında iqtisadi tənəzzülün proqnozlaşdırılandan daha sərt olduğu ifadə edilən açıqlamada bunun da ictimai borca yol açdığı vurğulanıb. Bildirilib ki, ölkənin ictimai borcu ilin sonuna qədər ehtimal olunandan daha çox artacaq: “Ermənistanda borc səviyyəsinin konkret şəkildə azaldılacağına dair etibarımız qalmayıb”.
Agentlik xəbərdarlıq edib ki, Dağlıq Qarabağla bağlı gərginliyin davam etməsi təqdirində hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və iqtisadiyyat 6,2 faizlə sərt şəkildə tənəzzülə uğrayacaq.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar