Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tramp erməniləri məyus etdi SƏBƏB

12-10-2020, 08:30   


ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağda aktiv hərbi əməliyyatların aparılması ilə bağlı susması orada yaşayan erməniləri qəzəbləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzetində məqalə dərc olunub.
Qəzetin yazdığına görə, ABŞ-da sayları 1,5 milyona çatdığı iddia edilən erməni icması ölkə prezidentini və Konqresi təkidlə Azərbaycana və Türkiyəyə qarşı qəti tədbirlər görməyə çağırır.

Bu həftənin dördüncü günü isə yüzlərlə erməni əsilli amerikalı Ağ Evin qarşısında etiraz nümayişi keçirib.


“Biz Trampın Ermənistana dəstəyi o yana qalsın, heç olmasa tərəfləri sülhə çağıran bir tvitini görmək istəyirik. Ancaq heç bu da baş vermir”, - deyə nümayişdə iştirak edən Arsen Xaratyan adlı birisi qəzetə şikayətlənib.

Qəzet bu səbəbdən ermənilərin qarşıdan gələn seçkilərdə Co Baydenə səs verəcəyi anonsunu verib. Qeyd etmək lazımdır ki, C.Bayden bu ilin sentyabr ayının 29-da verdiyi bəyanatda prezident Trampdan Azərbaycan və Ermənistan liderlərini atəşi kəsməyə çağırmasını və Türkiyənin müdaxiləsini qınamasını istəyib.
Co Bayden 2020-ci ilin prezident seçkilərində namizədliyini irəli sürdü -  1TV

Amerika Erməni milli komitəsinin (ANCA) icraçı direktoru Aram Amparyan Co Baydenin Türkiyə hökmətinə qarşı mövqeyindən məmnun olduqlarını gizlətməyib və eyni sözlərin Tramp tərəfindən səslənməsini gözlədiklərini söyləyib.

ANCA-nın Mərkəzi şurasına daxil olan Ara Çalyan da ermənilərin artıq Co Baydendən yana olduqlarını bildirib. Məsələn bu ilin iyun ayında Miçiqan ştatının parlamentinin erməni əsilli üzvü Mari Manukyan hər kəsi Co Baydenə səs verməyə çağırıb.
ABŞ Qarabağ separatçılarına maliyyə yardımı ayırıb

Ermənilərin ABŞ-da qurduqları ən böyük 7 təşkilatından biri sayılan Birləşmiş erməni fondunun prezidenti Arut Sasunyan da “The Armenian Weekly” qəzetinə verdiyi müsahibədə gələcək seçkilərdə Co Baydenə səs verəcəklərini deyib.


Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar