Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremldən Azərbaycana baxış: Lavrov və qruplaşmasına qarşı kim?

13-10-2020, 11:26   


Kremldən Azərbaycana baxış: Lavrov və qruplaşmasına qarşı kim?

Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə “əks-həmlə” əməliyyatı aparması Rusiyanın Dağlıq Qarabağ probleminə münasibəti ilə bağlı ictimai müzakirələri artırıb.
Siyasi ekspertlərin fikrincə, son dövrlər Rusiya siyasi elitasında hibrid münaqişələrə, o cümlədən Dağlıq Qarabağ probleminə münasibətdə müxtəlif yanaşmalar müşahidə olunur. Daha konkret desək, Kremldə siyasi xətt tərəfdarları Rusiyanın kənar regionlarda yerləşən separatçı və işğalçı münaqişələri dəstəkləməyi, onları maliyyələşdirməkdəm imtina etməyi təklif edir. Bu baxımdan, praqmatik mövqe sərgiləyən qüvvələr Rusiya hakimiyyətinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verməsinin əleyhinə çıxır.
Digər xətti isə Rusiyanın hərbi-sənaye kompleksinin nümayəndələri təmsil edir. Bu mövqedən çıxış edənlər Rusiyanın imperiya maraqlarını əsas götürür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu xəttin aparıcı nümayəndələrindən hesab edilir. Rusiyanın müxtəlif regionlarda geosiyasi maraqlarını müharibələr və silah satışı hesabına təmin etmək bu xəttin siyasi-ideoloji platformasını təşkil edir.

Politoloq Tofiq Abbasov Cebhe.info-ya bildirib ki, Rusiyanın dövlət kursunda Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə vahid siyasi mövqe mövcud deyil. Rusiya hakimiyyəti Dağlıq Qarabağ məsələsini həll etmək üçün müxtəlif istiqamətdən yanaşmalar təklif edir.
“Azərbaycana tərəf olan qüvvələrin sayı orada olduqca azdır. Çünki Ermənistanın iqtisadiyyatı, hərbi-sənaye kompleksi Rusiyanın ixtiyarındadır. Ermənistanın müstəqil dövlət ola bilməməsinin səbəbi də Rusiyadır. Rusiya dövlətinin məqsədi də Ermənistanı öz təsir dairəsindən kənara buraxmamaq, hərbi, sənaye qruplarının maraqlarını orada təmin etməkdir. Ona görə də bu gün Dağlıq Qarabağda müharibə getdiyi bir vaxtda, Rusiya Ermənistana silah-sursat verir. Bu ondan xəbər verir ki, biz Ermənistanın Azərbaycan torpaqlarında işğalında birdəfəlik son qoymalıyıq. Digər tərəfdən də Rusiyanın buradakı iştirakını minimuma endirək. Başqa variant yoxdur. Ermənistan Rusiya üçün poliqona çevrilib. Rusiyanın maliyyə dairələri, hərbi-sənaye kompleksinin dairələri oradan qazanc götürməyə çalışır. Bu, həm Azərbaycana, həm Türkiyəyə qarşı istifadə olunur. Ona görə də Azərbaycan özünü qorumalı və Ermənistanın işğalına son qoymalıdır. Çalışmaq lazımdır ki, əgər Rusiyanın bu prosesə müdaxiləsi olsa belə, dağıdıcı hala çevrilməsin. Prezident İlham Əliyev də bu günlərdə RBK kanalına müsahibəsində bildirdi ki, Rusiyadan Azərbaycana qara yaxmağa çalışırlar, bizim haqlı mücadiləmizi şübhə altına qoymağa çalışırlar. Ümumiyyətlə, stereotipə çevrilmiş belə fikir var ki, Kremldə müxtəlif qütblər var və onlar Rusiya rəhbərliyinin siyasətini tənqid edirlər. Bu, onların problemidir. Azərbaycana öz torpaqlarını işğaldan azad etmək lazımdır. Rusiya ilə bizim başqa problemimiz yoxdur. Azərbaycan Rusiya ilə mehriban qonşuluq siyasətinə hazırdır”.
Tofiq Abbasovun sözlərinə görə, Sergey Lavrovun Xarici İşlər naziri vəzifəsindən getməsi Rusiyanın siyasətində müsbət dönüşə səbəb ola bilər: “Sergey Lavrov Rusiyanın BMT-də nümayəndəsi işləyəndə orada çox böyük varidat əldə edib. ABŞ-da gündüz saatları olanda Rusiyada gecə idi. Həmin saaatlarda keçirilən bank əməliyyatların Lavrov dövlətin maliyyə resurslarını hərraclarda istifadə edərək gecə katirovkalarında böyük pullar qazanıb. Həmin vəsaitə Lavrov Nyu-Yorkda böyük malikanələr aldı. İndi də Lavrovun qızı tez-tez ora gedib-gəlir. Bu, onların şəxsi işidir. Amma bizə lazımdır ki, Lavrov kimi adamların Azərbaycana təhlükəsi minimuma endirilsin və ya sıfıra bərabər olsun. Ona görə də Lavrov özü vəzifədən getmək istəyir. Lavrov və Mariya Zaxarova bir qruplaşmadır. Onlar vəzifədən istefa vermək istəyirlər, kakin Putin buna hələ razı olmur. Lavrov işdən uzaqlaşıb yığdığı pulları rahat xərcləməyə çalışır. Belə fikirlə də var ki, Lavrovun yerinə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebenzya gələcək. O, daha sağlam, praqmatik təfəkkürlü və təmiz imicə malik diplomatdır”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar