Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moldovanın TRİBUNA informasiya portalı Əli Nağıyevin Arian Bauer ilə görüşündən yazdı

15-10-2020, 08:37   


Moldovanın TRIBUNA informasiya portalında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi, Əsir, Girov və İtkin düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının sədri Əli
Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri
Ariana Bauer ilə görüşünü işıqlandırılıb.
Məqalədə Əli Nağıyevin Ariana Bauerə Ermənistan Respublikası tərəfindən beynəlxalq
humanitar hüququn pozulması, erməni tərəfinin cinayətləri, o cümlədən mülki şəxslərin
milli, irqi, dini düşmənçilik və ya ədavət əsasında qəsdən öldürülməsi, habelə əmlaklarının
qəsdən məhv edilməsi barədə məlumat verdiyi bildirilir.
Bundan əlavə qeyd edilir ki, Azərbaycan tərəfi görüşdə Qırmızı Xaç təmsilçisinə humanitar
atəşkəsin qüvvəyə mindiyindən yarım saat sonra Ermənistan tərəfindən pozulduğunu,
habelə 11 oktyabrda Gəncə şəhərinə raket hücümu nəticəsində 10 nəfərin həlak olduğunu,
34 nəfərin, onların içində 10 qadın və 5 uşaq olmaqla xəsarət aldığı barədə məlumat
vermişdir. Bununla yanaşı məqalədə deyilir ki, görüşdə vurğulanmışdır ki, 27 sentyabrdan
bəri Ermənistan silahlı qüvvələrinin münaqişə və döyüş bölgəsinə aid olmayan Azərbaycan
yaşayış məntəqələrinə ağır artilleriya və raket hücumları nəticəsində 41 mülki şəxs həlak
olmuş, 211 nəfər yaralanmiş, 1200-dən çox ev və mülki obyektlər dağıdılmışdır.
Həmçinin, yazıda qeyd edilir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev sosial
şəbəkələrdə yayılan videokadrlara toxunmuşdur, erməni hərbçiləri tərəfindən öldürülən
Azərbaycan hərbçilərinin cəsədlərində təhqiredici hərəkətlərin nümayiş olunduğunu, bunun
Cenevrə Konvensiyasının 16 və 17-ci maddələrinin ciddi şəkildə pozulmasının sübut
etdiyini qarşı tərəfə çatdırmışdır.
Yazıda bildirilir ki, Ariana Bauer BQXK ilə Dövlət Komissiyası arasında konkret nəticələr
göstərən qarşılıqlı fəaliyyətin konstruktivliyini vurğulamış, səmərəli əməkdaşlığın bundan
sonra da inkişaf edəcəyinə ümid etdiyini qeyd etmişdir.
Yazı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://tribuna.md/ru/2020/10/14/ru
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar