Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qubadlı zəfərinin strateji və siyasi əhəmiyyəti EKSPERTLƏR DANIŞIR

26-10-2020, 23:25   



 

 

Artıq Qubadlı şəhəri və rayonun bir sıra kəndləri də düşmən işğalından azad edilib. Təhlilçilər bundan sonra o istiqamətdən düşməni tamamilə yenmək üçün əlverişli şərait yarandığınını bildirirlər.

Əlbəttə, Qubadlının azad edilməsinin strateji, eyni zamanda siyasi əhəmiyyəti də böyükdür.

 

Tural Abbaslı Ramiz Mehdiyevin "Toy" üsyanı ilə bağlı sərt mövqe bildirdi

AĞ Partiya başqanı Tural Abbaslı müharibənin artıq bitməyə doğru getdiyini düşünür: “İşğal altındakı rayonlarımızdan istənilən birinin azad edilməsi bizim üçün çox sevindirici xəbərdir. Strateji, siyasi, iqtisadi, mənəvi, psixoloji və istənilən baxımdan müsbət haldır, pozitivdir. Biz bunu yüksək qiymətləndiririk. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Bundan sonra Laçın dəhlizi artıq nəzarətə götürüləcək. Bu daha da strateji əhəmiyyət kəsb edir. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə biz Ermənistanla aramızdaki rəsmi dövlət sərhədini də bərpa etmiş oluruq. İndiyə qədər bilirsiniz ki, öz ərazilərimizdə və İran sərhədində olan rayonların azadlığı uğrunda mübarizə aparırdıq. Artıq Qubadlı ilə Ermənistan-Azərbaycan sərhədlərinin bərpası başlanılıb. Bundan sonra düşünürəm ki, müharibə özünün məntiqi sonluğuna, bitməyə doğru gedəcək. Tezliklə digər rayonlarımızın da azadlığı xəbərini eşidəcəyimizə əminik. Xalq olaraq nəhayət sevincli günlərimizə qərq olacağımıza çox az qaldı”.

Sabiq dövlət müşavirinə ağır itki

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qubadlı qələbəsi ilə yeni zəfərlərə çox yaxın olduğumuzu söylədi: “Qubadlı geostrateji cəhətdən Qarabağ müharibəsinin taleyində çox mühüm rol oynayacaq amildir. Çünki bu rayondan və onun bəzi kəndlərindən Laçın koridoru atəş altında saxlanıla bilər. Qubadlının işğaldan azad olunması o deməkdir ki, erməni ordusu tamamilə tükənib. Xüsusilə, onun maddi-texniki bazası tamamilə məhv edilib. Bu gün artıq bizim dronlarımızı vurmağa, darmadağın etməyə nə tank, nə də zirehli döyüş texnikası gözə dəyir. Ermənilər sadəcə yüngülatıcı silahların, bir də artirelliyanın ümidinə qalıblar. Əlbəttə, Ermənistan ərazisindən açılan artirelliya və digər növlü silahların özünü də buraya daxil etmək olar. Belə görünür ki, Qubadlının azad edilməsi ilə bahəm Kəlbəcərin də bir hissəsinin azad edilməsi strateji cəhətdən Azərbaycan Ordusunun düşündüyü Laçın kolidorunda iki istiqamətdən birləşmək kimi strateji xəttin inamla həyata keçdiyini göstərir. Doğrudur, son zamanlar Rusiyadan Ermənistana silah göndərilməsi, özü də İran üzərindən bunun həyata keçirilməsi çoxalıb. Amma bunları lovğalanmadan demək istəyirəm ki, dronlar olan yerdə göndərilən silahların elə də bir əhəmiyyəti yoxdur. Onların hamısı Azərbaycan dronları vasitəsilə tətbiq edildikləri yerdə məhv ediləcək. Qubadlı dəniz səviyyəsindən xeyli yüksəkdir. Bu yüksəklikdən demək olar ki, Laçın kolidoruna qədər olan məsafə 30-35 kilometrdir. Hətta elə yerlər var ki, daha da qısadır. Azərbaycan Ordusu hətta Qubadlıda bazasını möhkəmləndirməklə Laçın kolidorunu nəzarət altında saxlaya bilər. Biz bu dəqiqə Laçın kolidorunu tamamilə məhv edə bilərik. Amma bu bizə hələ lazım deyil. Ona görə lazım deyil ki, kolidor vasitəsilə Dağlıq Qarabağa təkcə silah-sursat daşınmır, həm də Dağlıq Qarabağdan humanitar xətt kimi xeyli insan istifadə edərək oranı tərk edirlər.

Virtual Qarabağ - Qubadlı

Bu mənada ordumuzun Qubadlı əməliyyatından sonra strateji üstünlükləri həddindən artıq yüksəkdir. Bu o deməkdir ki, ordunun həmlələri plan üzrə gedir. Ermənilərin taqətdən salınması prosesi də plan üzrə gedir. Kəlbəcərdən hücumlar dərinləşdikcə Azərbaycanın iki xətt üzrə hücum əməliyyatlarını həyata keçirən ordusu Laçın kolidoruna yaxın bir məsafədə dayanıb, aypara həlqəsini birləşdirəcəklər. Beləliklə, Dağlıq Qarabağdakı erməni qoşunları tam mühasirə altında qala bilər. Burada kənardan olan müdaxilələri, təzyiqlərin gücləndiyini də qeyd etmək lazımdır. Qubadlı uğuru onu göstərir ki, düşmənin atəş gücü, ondan sonra bütövlükdə ordunun əsgərlə təchizatı çox minimal səivyyədədir. Ayaqyalın əsgərlərlə erməni müdafiə nazirinin görüşü doğrudan da heyrət doğururdu. Üzlərindən hiss olunurdu ki, yaxşı qidalanmırlar. Adamda belə təəssürat yaranırdı ki, müdafiə naziri uşaq-muşaqla söhbət edir. Bunları deməklə onu çatdırmaq istəyirəm ki, erməni ordusu tam taqətdən düşüb. Yaxın günlərdə-amma moskvalı politoloqlar yaxın saatlarda deyirlər-Qubadlı zəfəri Azərbaycan Ordusunun yeni zəfərləri ilə müşayiət olunacaq”.

Emin Həsənli: “Dövlətimizi, ordumuzu qalib görmək istəyiriksə...” - MÜSAHİBƏ

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Bu qələbənin çox böyük əhəmiyyəti var. Biz torpaqlarımızı hissə-hissə azad edirik. Qarabağda hər kənd, qəsəbə, təpə, ərazi bizim üçün əzizdir. Artıq Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı azad edilib. Zəngilan və Qubadlının azad edilməsi Kəlbəcər, Laçının azad edilməsini təmin edəcək. Laçın və Kəlbəcərdən sonra Ermənistanla bütün səhədlərimiz qapanacaq. Azərbaycan Ordusu möhtəşəm əməliyyatlar həyata keçirir. Hər şey ardıcıl, plana uyğun şəkildə həyata keçirilir. Artıq yüksəkliklərin böyük hissəsi ordumuzun nəzarətindədir. Laçın kolidorunu hərbiçilərimiz nəzarət altında saxlaya bilir. Yaxınlarda o bölgə ordumuzun tam nəzarəti altına keçəcək. Müzəffər ordumuz çox möhtəşəm şəkildə mübarizəsini aparır. Əhval-ruhiyyə yüksək səviyyədədir. Artıq BMT Təhlükəsizlik Şurasının 874 və 884 nömrəli qətnamələri yerinə yetirilib. 822 və 853 saylı qətnamələrini də ordumuz yerinə yetirəcək. Bununla bütövlükdə Azərbaycan əraziləri azad ediləcək. Bütün xalqımızı təbrik edirəm. Hazırda tariximin ən xoş anlarını yaşayırıq. Eşq olsun, Ali Baş Komandana və Azərbaycan Ordusuna”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar