Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan kömək üçün Putinə müraciət etdi: “Döyüş Ermənistan sərhədinə yaxınlaşır”

31-10-2020, 10:59   


Paşinyan kömək üçün Putinə müraciət etdi: “Döyüş Ermənistan sərhədinə yaxınlaşır”

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Cebhe.info xəbər verir ki, məktubda Paşinyan Qarabağda baş verən döyüşlərin detallı təsvirini verib.
XİN mətbuat xidmətinin məlumatına görə, döyüşlərin Ermənistan sərhədinə yaxınlaşdığını bildirən Paşinyan məsləhətləşmələri vacib hesab edib.
Həmçinin Rusiyanın Ermənistanın təhükəsizliyinin təmini üçün təqdim edə biləcək addımların müzakirəsini vacib sayıb.
Buna əsas kimi iki ölkə arasında müttəfiqlik əlaqələri və "Dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma” Haqqında 29 avqust 1997-ci il sazişini əsas gətirib.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar