Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putindən Qarabağla bağlı yeni bəyanat

5-11-2020, 09:16   


Prezident Vladimir Putin əmin edib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin başa çatması üçün əlindən gələni edir və edəcək.
Virtualaz.org bildirir ki, Rusiya lideri bunu dini birliklərin nümayəndələri ilə görüşdə deyib.
"Siz bilirsiniz, Rusiya bizdən asılı olan hər şeyi edir ki, Cənubi Qafqazdakı münaqişə mümkün qədər tez başa çatdırılsın, bir - biri ilə üzbəüz duran və təəssüf ki, hələ də bir-birini avtomatların, tüfənglərin hədəflərində görən, bir-birinə qarşı silahdan istifadə edən insanların həyatı xilas edilsin", - deyə o vurğulayıb.
Rusiya Prezidenti münaqişə tərəflərinin məqsədlərinə sülh yolu ilə, danışıq prosesi zamanı nail ola biləcəcəklərinə əminliyini ifadə edib: "Hər halda biz Ermənistanla da, Azərbaycanla da təmasdayıq. Ümid edirəm ki, nəticə əldə edə biləcəyik, özü də regionda yaşayan bütün insanları qane edəcək əsasda".
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar