Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Rusiya ilə bu işin detallarını danışacağıq" - Türkiyə XİN başçısı

12-11-2020, 12:32   




Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:
“Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar