Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Federasiya Şurası Putinə Qarabağda qoşun istifadə etməyə icazə verib. Peskov deyirdi ki, icazə lazım deyil

19-11-2020, 09:38   



MatvienkoŞƏKLİN MƏNBƏYİ,MIKHAIL METZEL/TASS
Şəklin alt yazısı,Federasiya Şurasının spikeri Matvienko, Rusiyanın "bu müsibətli torpağa sülh gətirdiyinə" əmin edib. Sülhün gətirilməsi üçün icazəni isə bu addımı atdıqdan sonra da vermək olar.
Federasiya Şurası Rusiya prezidentinə Dağlıq Qarabağa sülhməramlı hərbi kontingentin göndərilməsinə razılıq verib. Parlamentdə bu cür icazənin lazım olduğunu sülhməramlıların missiyasının uzunmüddətli olması ilə izah ediblər.
İclasda iştirak edən 129 senatorun yekdilliklə lehinə səs verilmiş qətnamədə deyilir ki, prezident 10 noyabrdan etibarən Qarabağda qoşundan istifadə edə bilər - əslində isə dövlət başçısı bu icazəni artıq hadisə baş verdikdən sonra əldə edib.

İlk rusiyalı hərbçilər Qarabağa noyabrın 10-da gəlib.
"Sülhməramlı qüvvələrin yeridilməsi hərbi əməliyyatların, qan tökülməsinin dayandırılmasında, bu müsibətli torpağa sülhün gətirməsində həlledici rol oynayıb, - spiker Valentina Matvienko deyib. - Bu gün bizim sülhməramlılar mühüm humanitar missiyanı da yerinə yetirirlər."
Onun sözlərinə görə, yerli sakinlər rus sülhməramlılarının mövcudluğuna "sülh və sakitlik gətirdiklərini başa düşərək" müsbət yanaşırlar.

Görəsən, Putin senatorlardan icazə istəməli idimi?

Federasiya Şurası Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin başçısı Andrey Klişasın izah etdiyi kimi, Rusiya prezidenti Ermənistanın üzərində Rusiya helikopterinin Azərbaycan tərəfindən vurulduğuna görə parlamentin yuxarı palatasından Qarabağa sülhməramlıları yeritmək üçün razılıq istəməyə də bilərdi.
"Hərbçilərimizdən ikisi öldü. Müdafiə haqqında qanuna və Federasiya Şurasının 2009-cu il fərmanına görə, prezidentin Federasiya Şurasının razılığı olmadan qoşunu operativ məsələlərin həlli üçün göndərmək hüququ var,"- senator İnterfax-a deyib.
Ancaq Rusiya sülhməramlılarının missiyası uzunmüddətli olduğundan Putin senatorlardan icazə istəyib.
"İndi 5 il və ya daha uzun müddət davam edəcək əməliyyat üçün icazə istənilir. Orada daha geniş vəzifələr var, bu cür əməliyyatlar üçün Federasiya Şurasının razılığı tələb olunur," - Klişas deyib.
Onun sözlərinə görə, Vladimir Putin Federasiya Şurasının icazəsini durub gözləmədi, çünki Qarabağdakı vəziyyət faciəvi şəkildə inkişaf edirdi və Rusiya vətəndaşları ölmüşdü.
"Komitəmiz konstitusiya baxımından bu vəziyyəti tamamilə düzgün hesab edir," - Klishas deyir.
Eyni zamanda, noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyirdi ki, sülhməramlıları gətirmək üçün Putinin Federasiya Şurasından icazə istəməyə "birbaşa ehtiyacı yoxdur."
Peskov bunu hələ 2015-ci ildə Federasiya Şurasının prezidentə Rusiyanın xaricində silahlı qüvvələrdən istifadəyə razılıq verməsi ilə izah edib.
O zaman Putin Rusiya hərbçilərini Suriyaya göndərirdi, ancaq sərəncamda Rusiyanın hara əsgər göndərdiyi dəqiqləşdirilməmişdi.
"Nə qədər ki, bu fərman qüvvədə olacaq - hələlik isə o qüvvədə qalır, heç bir şəkildə dəyişməyib - beynəlxalq hüququn ümumi tanınmış prinsipləri və normaları əsasında bu cür qərarların qəbul edilməsi üçün belə bir hüquqi əsas var," - Peskov qeyd edib.
Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr gecəsi Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və Rusiya sülhməramlılarının münaqişə zonasına gətirilməsi barədə saziş imzaladığını elan ediblər.
Bu sənədə görə, bölgədə sülhün qorunmasına nəzarəti Rusiya hərbçiləri öz üzərinə götürür. Ümumilikdə 1960 sülhməramlı əsgərin, 90 BTR zirehli maşının və 370 ədəd avtomobil və xüsusi texnikanın yerləşdirilməsi planlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar