Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"RUSİYA İKİLİ OYUN OYNAMAĞA ÇALIŞIR VƏ İSTƏYİR Kİ..." - Putinin dediyini Narışkin niyə təkzib edir?

19-11-2020, 14:33   




“Putinin Dağlıq Qarabağın status məsələsini Amerika və Fransa ilə birgə müzakirə etməyə hazır olması isə onun Türkiyəni bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır”
Rusiya prezidenti Vladmir Putinin "Rossiya 24" dövlət telekanalına müsahibəsində səsləndirdiyi fikirlərlə Federal Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatı arasında kəskin ziddiyətlər var.
Xatırladaq ki, V. Putin deyib ki, Dağlıq Qarabağın statusunun müzakirəsində digər iki həmsədr ABŞ və Fransanın fəallığının artmasını arzulayıb və bu əməkdaşlıqdan razıdır. Amma Sergey Narışkin Qarabağ münaqişəsi ilə bağlı Qərb ölkələrini ittiham edib: “Qərb Qarabağ razılaşmasını pozmaq üçün erməni və azərbaycanlı millətçiləri qızışdırır. ABŞ və müttəfiqləri erməni və Azərbaycan xalqarı arasında nifaq salmağa çalışır”.
Narışkinin digər fikri də maraqlıdır: “Qərb ölkələrinin rəsmiləri ermənilərə deyirlər ki, “sona qədər müharibəni aparmalı idiniz” azərbaycanlıara isəəksinə bildirirlər ki, “Kreml sizin qələbənizi oğurladı, Stepanakertin (Xankəndi -red) bir addımlığındaydız”.
Bu ziddiyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya ikili oyun oynamağa çalışır. Ona gör burada iki suala cavab tapmaq lazımdır: "Birincisi, Putinlə Narışkinin yanaşmasındakı fərq nə ilə bağlıdır? Putinin Qarabağla bağlı Amerika və Fransaya etirazı yoxdur, Narışkin isə hər iki dövlətə qarşı ciddi ittihamlar irəli sürür.
Görünür, Putin özünü daha dözümlü göstərməyə çalışır və demək istəyir ki, Vaşinqton və Parisin Rusiyaya qarşı müxtəlif sanksiyalarına baxmayaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsində onlarla əməkdaşlıq etməyə hazırdır.
Putin üçün əsas sülhməramlılarını Azərbaycanda yerləşdirmək idi, ona da nail oldu. Putinin Dağlıq Qarabağın status məsələsini Amerika və Fransa ilə birgə müzakirə etməyə hazır olması isə onun Türkiyəni bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır.
Yəni, Putin Türkiyəyə qarşı özünün edə bilmədiyini başqalarının əli ilə həyata keçirməyə çalışır. Buna baxmayaraq, Putin Vaşinqton və Parisin təxribatlarını ölkəsinin baş kəşfiyyatçısı Narışkinin dili ilə səsləndirir. Bu dəfə isə Putin Narışkinin açıqlaması vasitəsilə Vaşinqton və Parisi Rusiyaya qarşı “pis əməllərdən” çəkindirməyə çalışır".

İkinci suala gəldikdə politoloq Narışkinin “Qərb ölkələrinin rəsmiləri azərbaycanlılara deyirlər ki, “Kreml sizin qələbənizi oğurladı, Stepanakertin bir addımlığındaydız” ifadəsinə diqqət çəkir: "Ermənistan hakimiyyətinin Fransaya bağlılığı məlumdur, Amerika ilə də sıx əlaqələr qurmağa çalışıblar. Yəni Vaşinqton və ya Paris Paşinyanı qızışdıra bilər. Ancaq Vaşinqton və Paris rəsmi Bakını niyə qıcıqlandırsın ki?
Tam əksinə Vaşinqton və Paris müharibənin ilk günündən bizə mane olmağa çalışırdılar, indi də Azərbaycana qarşı təxribatlarından əl çəkməyiblər. Ona görə də Qərb ölkələrinin rəsmilərinin bizə "sona qədər getməli idiniz” deməsi inandırıcı deyil. Narışkin sadəcə həmişəki kimi Ermənistanla Azərbaycan arasında balans yaratmağa çalışıb, yəni Qərb ölkələri həm erməni, həm də guya azərbaycanlı millətçilərə müraciət ediblər".
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar