Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda Rusiyanın bayraqları bu "xidmətlərinə" görə qaldırılır?

2-12-2020, 09:27   

Şəhərdə Rusiya bayrağı ilə yürüş edən manqurt təfəkkürlülər bununla ruslara nəyə görə təşəkkür edir?
1. Qafqazda, tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratdığı üçün;
2.  XIX əsrin əvvəllərindən başlayaraq milyon yarım ermənini Qərbi Azərbaycana və Qarabağa köçürüb başımıza əbədi bəla açdığı üçün;
3. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana hədiyyə etdiyi üçün;
4. 1920-ci ildə ölkəmizi işğal edib Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğuna son qoyduğu üçün;
5. 20 Yanvar işğalı və qətliamı üçün;
6. Xocalıda ermənilərlə birlikdə törətdikləri soyqırımı üçün;
7. 10 noyabr 2020-ci il tarixində Azərbaycan əsgərinin qəhrəmanlığı, minlərlə şəhidimizin öz canı və qanı ilə əldə etdiyi qələbəni ovcumuzdan qoparıb Şuşa və Hadrut istisna olmaqla Qarabağı ermənilərə verdiyi üçün. 
8. Hal-hazırda hərbi cinayətkar, uşaq qatili Araik Harutyunyanın başçılıq etdiyi separatçı rejimi bütün vasitələrlə möhkəmləndirdiyi üçün. 
9. On illər ərzində Ermənistanı Azərbaycana qarşı silahlandırdığı və əsgərimizi öldürən silahları ermənilərə təmənnasız olaraq bağışladığı üçün!
Öz variantınızı da əlavə edə bilərsiniz!
Gültəkin Hacıbəyli,
Milli Şura Koordinasiya Mərkəzinin üzvü
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar