Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqtidar referenduma niyə gedir: Kremlin ssenarisi, yoxsa parlament üsul-idarəsi?

16-03-2020, 09:59   
 

Hakimiyyət daxilində yeni formalaşmaqda olan islahatçı elita gedişatla barışmır. Yeni hakim komanda idarəçilikdəki dəyişiklikləri az kafi sayır, effektivliyə nail olunması üçün institual və sistematik yeniliklərin gətirilməsini istəyir.
Yeni parlamentin tərkibi də bir o qədər onların ürəyincə deyil, 80-dən yuxarı deputatın təkrar mandat qazanması nəzərdə tutulan “Yol xəritəsi”nin yarımçıq icrası kimi qiymətləndirilir.
Təsadüfi deyil ki, bu parlamentin da ömrünün uzun olmayacağı haqda qənaətlər var. Belə bir zamanda deputat Fəzail Ağamalının yaxın vaxtlarda referendum olacağı anonsunu verməsi diqqətdən yayına bilməzdi.
Baxmayaraq ki, koronavirus pandemiyası gündəmi ələ alıb, lakin iqtidarın nəyə hazırlaşdığını gözardı etmək olmaz.
Hakimiyyətin “mətbəxi”nə bələd olan F.Ağamalının bu açıqlaması heç də havadan-sudan götürülmüş blef deyildi. O, iqtidarın “ağzı” ilə danışırdı və payızda konstitusiyaya dəyişikliklər istisna deyil.
Bu barədə Anaxeber.info bildirir ki, ötən həftə YAP-ın təcili toplanması və “mühüm iclas” kimi dəyərləndirməsi məhz referenduma hazırlığın ilk tumurcuğu idi. Ölkədə yerli özünüidarə, bütövlükdə yerli idarəetmə sisteminin də dəyişdirilməsi gündəlikdədir.
Əsas gözləntilərdən biri proporsional seçki sisteminin bərpasıdır. Deməli, çox çəkməz ki, təzədən növbədənkənar parlament seçkiləri təyin oluna bilər.
Gözlənilən referendumla bağlı digər mühüm məsələ Bakıda seçkili institut yaradılması, mer seçkiləri keçirilməsidir. Bu, yerli özünüidarə etmə strukturlarına da şamil oluna bilər.
Yəni, biz tezliklə icra hakimiyyətlərinin ya ləğvini görəcəyik, onların yerinə quberniyalar, vilayətlər yaradıla bilər, ya da İH-ləri seçkili orqana çevriləcəklər.
Beləliklə, rayon icra başçısı postuna namizədlər arasında biri səsvermə ilə seçiləcək. Əslində, çoxdan gözlənilən plan idi. Amma ilk növbədə Bakının meri məsələsi həll olunmalıdır.
Azərbaycan Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, bu günə qədər mer seçkiləri ilə bağlı öhdəliyi yerinə yetirməyib.
Anaxeber.info məlumat verir ki, gedişata təkcə yeni gənc komandanın nəzərləri ilə baxmaq olmaz. İlk növbədə Rusiyadakı prosesləri izləmək labüddür.
Putinin konstitusiyaya dəyişikliklər təklifindən sonra hökumətin istefaya getməsi Rusiyada yeni idarəetmə modelinin gələcəyini göstərir.
Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, baş nazir və kabinetin təyin edilməsi üçün daha böyük məsuliyyət verilməsini özündə ehtiva edir.
Rus analitiklərin fikrincə, hakimiyyət Federasiya Şurası, Duma və Dövlət Şurası arasında bölüşdürüləcək. Çin dizaynına bənzəyən bu format Putinə öz aralarında rəqabət aparan bütün potensial varisləri irəli sürərək, qeyri-müəyyən müddətə faktik nəzarəti əlində saxlamağa imkan verə bilər.
Onun Dövlət Şurasının fəaliyyətini gücləndirmək və qanunlarda əxz etdirmək ideyası o deməkdir ki, Putin üçün ehtiyat aerodrom həmin qurum olsun.
Azərbaycanda da oxşar ssenari istisna deyil. Söhbət referenduma getdikdən sonra yarım parlament üsul-idarəsinin tətbiqi, baş nazir vəzifəsinin səlahiyyətlərinin artırılması, prezident səlahiyyətlərinin bir hissəsinin parlamentə verilməsindən gedir.
Əgər konstitusiyaya dəyişikliklər olarsa, bu halda Putinin hakimiyyəti Federasiya Şurası, Duma və Dövlət Şurası arasında bölüşdürülməsi planı kimi, Azərbaycanda da təkrar parlament seçkilərinin keçirilməsi, proporsional sistemin tətbiqi, mer seçkinin reallaşması, əyalətlərdə idarəetmə ilə bağlı dəyişikliklər mümkündür.
Hakimiyyət anlayır ki, 2019-cu ilin yanvarından başlanmış genişmiqyaslı saraydaxili dəyişiklikləri məntiqi sonluğuna çatdırmaq lazımdır.
9 fevral seçkiləri isə iqtidarın yeni qanadının tam istklərinə cavab vermədi. O baxımdan F.Ağamalının gözlənilməz açıqlaması, YAP-ın toplanması 2020-ci ilin sonuna yaxın ölkənin siyasi həyatında növbəti qabarma-çəkilmələrin olacağı ehtimallarını gücləndirir.
Belə görünür ki, çoxpartiyalı parlament modeli növbəti seçkilərdən sonra daha rəngarəng ola bilər. Hətta ənənəvi müxalifətdən də MM-də təmsilçilik istisna edilmir.
Hakimiyyət bu yolla iqtidarın yeni komandaya ötürülməsi prosesini tam başa çatdırmaq istəyir. Əgər referendum keçirilsə və parlament üsul-idarəsi gətirilsə, Azərbaycan Gürcüstan və Ermənistandan sonra prezident idarəçiliyini formal olaraq saxlayan üçüncü ölkə olacaq. Cənubi Qafqazda iki ölkədə Baş nazirlik və parlament həlledici orqanlardır.
Azərbaycanda isə hələ də köhnə nomenklaturanın ağır budaqlarının qalması, mehdiyevçilik ənənələrinin hakimiyyətin daxilində öz gücünü saxlaması prezident İlham Əliyevi vadar edir ki, referenduma gedilsin, sistem tam yenilənsin.
Hətta Neftçala və İsmayıllıya təyin etdiyi gənc icra başçılarını qəbul edərkən mesaj vermişdi ki, biz köhnə təfəkkürdən xilas olmalıyıq...
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar