Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ÜST, “Roche” mafiyası və Rotşildlər: korona kimlərin projesidir - Təhlil

24-03-2020, 10:51   
 

İşə bir bax, ABŞ-ın dəlisov prezidenti Donald Tramp “Roche” firmasına minnətdarlıq edir. Vaksin tapılıb və şirkət bundan 20 trilyon qazanacaq.
Sizə elə gəlmir ki, bütün bu mərəkə, tozanaq, vəlvələ, çaxnaşma dünyadakı transmilli korporasiyaların “korona ssenarisi”dir?!
Anaxeber.info planeti silkələyən, xalqları isterika və eyforiya içərisində saxlayan koronavirus pandemiyasının iqtisadi faktorlarına diqqət çəkib.
Bu hadisələrin içində dünyanın baş mafioz təşkilatlarından olan Ümumdünya Səhiyyə Təşkilatı xüsusi rol alır. ÜST indi hamını idarə edir.
Əslində, qlobalistlərin arzularını həyata keçirməkdə olan bu təşkilat Qərbin ən böyük dərman mafiyalarından biridir. “Roche” firması isə bir kassadır.
ABŞ-Çin arasındakı iqtisadi müharibələri gec-tez bir açıqlığa çıxmalıydı. Pekin Vaşinqtonu illərdir ki, mat vəziyyətdə qoymuşdu.
Konspiroloqlar da hesab edirlər - Çin Pakistana belə yol çəkirsə, bu, ABŞ-ın “arı pətəyi”nə çomaq soxmaqdır.
O baxımdan dünya iqtisadiyyatının refreş edilməsi qaçılmaz idi. Amerikalılar COVİD19 epidemiyası ilə bu prosesi başlada bildilər.
Doğrudur, meqa firmalar öz səhmlərini dəyər-dəyməzə sataraq Çini tərk elədilər, yəni udan Pekin oldu. Bu, ilk mərhələydi.
İndisə ÜST və “Roche” gedişatı tam ələ alaraq, prosesi idarə edirlər: diqqət edin, sanksiyalara tab gətirən İran Beynəlxalq Valyuta Fondundan 5 milyard kredit götürməli oldu, nəhayət, Tehranı borca oturda bildilər; Çin virusdan xilas olmaq üçün trilyonlar ayırıb, Səudiyyə Rusiyanı neftin qiymətlərini su qiymətinə endirməklə az qala cərrah masasında əməliyyat edir, istənilən yerini kəsir, doğrayır, deşir...
Tramp hələ 2013-cü ildə atdığı mesajlarda “Çindən dost olmaz! Müttəfiq deyil, rəqibik” deyirdi. Bugünkü Çinin inşa edilməsində həm ABŞ, həm də İngiltərə sərmayəsinin payı vardır. Çini Çin edən onlardır. Əslində, “City of London” Çinin görünməyən mərkəzidir.
Hazırda “dərin Amerika” “City of London”-a həyat verən güclə, yəni ailələrlə, populyar adı ilə desək, Rotşildlərlə və arxalarındakı ailələrlə vuruşur - koronavirus hesabına...
“Dərin Amerika” pulu əlində tutanlara zərbə endirmək istəyir. oronavirusun yayılması ABŞ-ın 2 il gecikmiş olan “Yeni dünya nizamı” layihəsinin startıdır. Virusun Vaşinqtonda yaradıldığı artıq diskussiyaya açıq olan bir məsələ deyildir.
Apardığı araşdırmalara ABŞ-da çox önəm verilən və elmi görüş kimi baxılan Larri Romanoff deyir ki, “Virus ABŞ-da yaradılıb, Çinə göndərilib”. Yəni, mərkəz ABŞ-dır - özləri təsdiqləyirlər.
Bir az sonra vaksini sifariş edən ölkələrə qiymət də “oxuyacaq”lar. Təkcə 5 milyon insanın peyvənd olunması üçün 250 milyon dollar lazımdır.
Çinlə yüksək iqtisadi əlaqələrə malik ölkə İtaliyadır. Baxın, “qoca qitə”nin ən qoca ölkəsini koronavirus qırıb-çatır.
Çinlə həm ticari, həm siyasi-strateji əlaqələri olan, müttəfiqi sayılan digər ölkə İrandır. Buyurun, İran pandemiyanın əlində giriftar qalıb. Qazanan isə “Roche” şirkəti olacaq.
Türkiyənin məşhur həkimi Yavuz Dizdar bu şirkətlə bağlı incə məqama toxunmuşdu:
“İllər əvvəl bu firmanın rəsmiləri mənimlə görüşdülər. Onlar Türkiyədə Lenfoma yoxlaması edəcəklərini söylədilər. Türkiyədə lenfoma təhlükəsi olmadığını söylədim.
Onlar isə Yunanıstanda olduğunu, Türkiyədə də araşdıracaqlarını bildirdilər.
Bəhanə idi, elədilər. Anladım ki, arxasında fərqli maraq dayanır. Bu şirkət Trampı belə açıqlama verməyə məcbur edə bilib...”
Anaxeber.info xatırladır ki, Bill Qeytsin də 2015-ci ildən bu yana virusla bağlı xəbərdarlıq etməsi ortada idi.
Hətta onun 1980-ci ildən bəri ABŞ-ın “Roche” şirkətiylə biotexnika sahəsində şirkət evliliyi qurduğu və ortaq işlər gördüyü də sirr deyildi.
Şərhlərə görə, Rotşild ailəsi böhrandan yenə güclənərək çıxacaqdır. Doğrusu, onlar heç bir böhrandan kiçilərək çıxmayıblar.
ABŞ-ın virusun yayılmasından sonrakı dövr üçün planında Çinin istehsal gücünün bir hissəsinin başqa ölkələrə keçirilməsi vardır.
Bunu da açıqladılar. Hətta bunu Rotşildlərin adamı kimi tanınan Uilbur Ross açıqladı. Tramp da Hindistana getdi və 1 milyon adamla qarşılandı.
Avropa və ABŞ-da virusla bağlı panika davam etdikcə, Çin istehsal edə bilməyəcək. Kütləvi ölümlər vasitəsilə səssiz bir inqilab baş verir. Çığırtıları eşidən yoxdur.
ABŞ-ın israrla koronavirusa “Çin virusu” deməsi təsadüfi əlamət deyil. Londonda Çörçillin heykəlinə maska taxılması da simvolik olaraq əhəmiyyətlidir. Baxaq, sunami sakitləşəndən sonra dünya yuxudan necə ayılacaq...
AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar