Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AŞPA məruzəçiləri əfv fərmanını alqışlayır, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırırlar

10-04-2020, 19:06   


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Stefan Sennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Sunna Evarsdottir (İslandiya) 65 yaşdan yuxarı 176 məhbusun COVID-19 pandemiyası ilə əlaqədar əfv edilməsi barədə prezident fərmanını alqışlayıblar.

“Bu humanitar tədbir Avropa Şurası insan hüquqları üzrə komissarın sanitar böhran zamanı həbsxanalarda olan insanların hüquqlarının və sağlamlıqlarının qorunması ilə bağlı narahatlığına cavab oldu”, – bəyanatda deyilir.

“Biz 2015-ci il Nardaran hadisələrindən sonra beynəlxalq birliyin narahatlığına səbəb olmuş ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə edilmiş iki məhbusun azad olunmasını qeyd edirik. Hesab edirik ki, bu addım düzgündür və digər işlərə baxılmasında da irəliləyiş gözləyirik”, – məruzəçilər vurğulayırlar.

Onlar AŞPA-nın 2293 (2020) və 2184 saylı (2017) qətnamələrinə əsaslanaraq bildirirlər ki, “qismən prezident əfvi ilk növbədə ədalətsiz və siyasi motivli həbslərin qarşısını alan müstəqil məhkəmə sistemini əvəz edə bilməz. Odur ki, biz hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq”.

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar