Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ təkrarən Azərbaycanı dini məhbusları azad etməyə çağırır

15-04-2020, 10:17   


Aprelin 13-də ABŞ-ın dini etiqad azadlığı üzrə səfiri yeni koronavirus pandemiyası dövründə vicdan məhbuslarını azad etmək çağırışını təkrar edib.

“Azərbaycanda koronavirus pandemiyası fonunda yüzlərlə məhbusun azad edilməsini təsdiq edir və alqışlayırıq. Azərbaycanı və digər ölkələri pandemiya dövründə əsas azadlıqlarının, o cümlədən dini azadlıqlarının həyata keçirilməsinə görə azadlıqdan məhrum edilmiş bütün şəxsləri azad etməyə çağırırıq”, deyə ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə səfiri Sem Braunbe Twitterdə-ki hesabında yazıb.

Bir həftə əvvəl Tramp Administrasiyası bütün dünya hökumətlərini “öz dinlərinə dinc şəkildə etiqad etdiklərinə görə həbs edilmiş yüz minlərlə, bəlkə də milyonlarla məhbusu dərhal azad etməyə” çağırıb.

Prezident İlham Əliyevin bu ayın əvvəllərində verdiyi fərmanla 176 məhbus əvf olunub, onlar arasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş cəmi iki dini məhbus var.

ABŞ-ın dini etiqad azadlığı üzrə orqanı – USCIRF bir müddət əvvəl Azərbaycanı 2-ci səviyyəli ölkələrə aid edib, bu, dindarların hüquqlarının sistemli və yolverilməz şəkildə pozulması hallarının mövcud olması deməkdir.

Qeyri-hökumət təşkilatlarının qiymətləndirmələrinə görə, hazırda Azərbaycanda 130-dan çox siyasi məhbus var və onların yarısından çoxu dini fəaldır.

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar