Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Özünü JEK işçisi kimi aparırdın. Yerini bil!” Mahmudovçu-spikerə ittiham

19-04-2020, 10:47   

 


TƏCİLİ! Milli Məclisin aparatı da buraxıldı!

 Qanunsuz olaraq işdən çıxarılmış sektor müdiri Rahim Axundov “özünü buraxmış” spikeri biyabır etdi. Rahim Axundov yazır: “Oqtay Əsədov sən qanunsuzluq edəndə özünü kim hesab edirdin? Sən bu dövləti qurmamısan və sən bu dövləti də zəiflədə və vətəndaşlarda dövlətə qarşı mənfi fikir yarada bilməzsən. Yerini bil. Sən insanlara nümunə olmaq əvəzində özünü JEK işçisi kimi aparırdın.”

Milli Məclisin sabiq sədri Oqtay Əsədov dövründə Rahim Axundov verilmiş qanunsuz və etibarsız sərəncam (228-V nömrəli, 25.12.2018-ci il tarixli) İnzibati İcraat haqqında qanunun tələblərinə görə, müddətin ötürülməsi məsələsi qoyulmadan dərhal ləğv edilməli idi. Əsədovun Məclisdəki “bandası” sözügedən sərəncamı hədə-qorxu və təzyiq altında, insan hüquqlarının pozulması fonunda qəbul etdiriblər. Bu Mahmudovçuların tərəfindən Axundova qarşı qanunsuzluqdur və bu qanunsuzluq aradan qaldırılmalıdır.

Rahim Axundov Prezidentə müraciət etdi: “Dünyanın başına gələn bütün bu müsibətlərin əsas səbəbi bilirsiz nədir? Mənim kimi yüzlərlə digər salehlər də dünyada təqib olunub və olunurlar. Məni haqsız olaraq Milli Məclisdən çıxardanda Azərbaycan qarışıq bütün dünya susdu. Mən və həyat yoldaşım,o cümlədən yaxın qohumlarım düz bir il bu ədalətsizliyə və haqsızlığa fəryad elədik. 5 yaşında qızım dua edirdi.” Fəqət, hakimiyyət Parlamentdə Mahmudovun erasına son qoydu və bütün aparatı buraxdı.



Parlament rəhbərliyinin xaricdə skandalları

Deputatların biznesləri və xarici mülkləri hakimiyyəti əsəbiləşdirdi, lakin deputatlar üzərində, Parlamentdə nəzarət demək olar ki, itirilmişdir. Türkiyənin Böyük Millət Məclisi üzvlərinə quş təklifi Parlamentin dəhlizlərində uzun müddət müzakirə olundu. Türkiyə Böyük millət məclisinin vəkillərindən birinin sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik quşlar təklif edib. Bu tragikomik duruma gülüb keçmək də olar. Amma gülməkdən çox ağlamalı durum deyilmi? Spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu Parlamentin işçilərinə çoxdan məlumdur. Onun oğurluq pulları Antalyadan tutmuş Bodruma gədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə, otellərə, şoppinq mollara və obyektlərə qədər səpələnib. Və hiyləgər adam bunları yaxın dostlarının və qohumlarının adına rəsmiləşdirib. Amma deyəsən bu adamda tamah qılıncdan daha itidir. O qədər itidir ki, parlamentin keçmiş sədri gedib Moskvada striptiz-bar biznesindən, Türkiyədə quşxana biznesindən qazanc götürməkdən belə utanmır. El arasında da yaxşı deyirlər “utanmasan, oynamağa nə var ki…”

Hakimiyyəti devirmək uğursuz planı və parlamentdə Mahmudovun texniki avadanlıqın sirri

Deputatlığı məhrum edilmiş bankir Çinqiz Əsədullayev bir defə intervyuda deyib ki: “Ölkənin yarısı onunla (E.Mahmudovla) salamlaşmağı özünə şərəf bilirdi”… Lakin indi məlum olur ki, bu Mahmudov üçün az idi və o dövlət rəhbəri olmaq istəyirdi.

Əsədullayev monoloqunun davam edir: “Onunla (E.Mahmudovla) ünisyyətimiz olubsa da bu, hər hansı təxribatçı və ya casusla yox, hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı.”

Əsədullayev bu paraqrafda özü hər şeyin izahatını verdi. Birincisi, bütün ölkə Mahmudovun cinayyətlərindən xəbərdar idi, lakin bu haqda ölkə rəhbərliyinə məruzə etməyə qorxurdular, çəkinirdilər. Hökumətin aparıcı naziri isə deputatları niyə izləyirdi? Hökumətin təhlükəsizlik naziri Milli Məclisin otaqlarına niyə xüsusi avadanlıq quraşdırırdı?

Məsələn, Mahmudovun tapşırığı ilə Əsədov Parlamentdə öz adamları, mühafizəsi və qohumları vasitəsilə bir neçə deputat və aparatda işləyən yüksək rütbəli məmurların ailə üzvləri haqda kompramat xarakterli məlumatlar yığırdı. Bu məlumatlar Əsədov tərəfindən şəxsən Mahmudova ötürülürdü. Yəni, indi Parlamentdə struktur dəyişikliyi çərçivəsində rotasiya olunan məmurların balalarına dair məlumatlar Mahmudovçulara “Ku Deta” zamanı lazım olacaqdı. Məsələn, Mahdudovun tapşırıqı ilə deputat Madər Musayev və İmamverdi Allahverdiyev haqda kompramat paketi hazırlanırdı baxmayaraq ki, hər ikisi ilə Əsədovun yoldaşlığı olub. Siyahıda diqər deputatlar da var idi. Zahid Oruc bir dəfə demişdir ki, “Şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib”. Lakin Zahid Oruc Parlamentin rəhbərliyini qeyd etmədi. Z.Orucu anlamaq olar, axı Əsədov o boyda Milli Məclisin başında dururdu.

Ziyafət Əsgərov isə bir dəfə söyləyib ki, “MTN-ə vaxtilə rəhbərlik edən nazir də məsuliyyət daşıyır”, lakin o da parlamentin rəhbərini qeyd etmədi. Deputatlar bilirdi ki, sədrin adını çəksələr özlərinə problem yaradarlar. Məhz buna görə Mahmudovçular bütün deputatlar haqda kompramat yığa bildilər. Bütün texniki qurğuları və deputatları qulaq asdırmaq üçün avadanlığı Mahmudov ötürmüşdü Əsədova və o öz adamlar vasitəsilə həmin avadanlığı yerləşdirirdi lazımı yerlərdə. Məsələn, çayxanada və deputatların iş otaqlarında.

Vitse-spiker Əli Hüseynov isə söyləyib ki, “sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov kimi riyakar şəxsin fəaliyyəti ilə ölkəmizdəki ictimai-siyasi sabitliyin və təhlükəsizliyin heç bir əlaqəsi olmayıb.” Deputatları anlamaq olar, axı sədrin deputatları qulaq asdırmaq məsələsi haqda Parlamentdə kulis arxasında müzakirələr gedirdi, lakin bunu ölkə rəhbərliyinə heç kəs məruzə edə bilmirdi, keçmiş “özünü buraxmış” rəhbərlikdən çəkinirdilər.

İntriqalar qurtaracaq Parlamentdə?

İntriqant Əsədov deputatları bir biri ilə kulis arxasında vuruşdururdu və yalanlar sayəsində onları idarə edə bilirdi. Məsələn, Prezidentə istinad edirdi və Prezidentin adından deputatlara yanlış “mesajlar” göndərirdi. Adını çəkmək istəmədiyimiz deputatdan, seçki qabağı pul da almaq istəyirdi ki, onu “deputat seçdirsin”. Hal-buki birinci ailə Əsədovu son bir neçə il ərzində yalnız protokol çərçivəsində dövlət tədbirlərində görürdü. Onların Əsədovla heç bir əlagəsi yoxdur.

Vəzifədə eyni adamın uzun müddət qalması sistemdə sabitlik faktoru kimi qəbul olunsa da, Oqtay Əsədovun, Eldar Mahmudovun və Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyevin əhvalatları göstərib ki, əsas təhlükə və risklərdən biri də patronajlıq sistemində “həddi” keçmək və hakimiyyətdaxili tarazlığa təhlükə yaradacaq dərəcədə güclənməkdir. Vəziyyət neçə pis idi ki, “Mahmudovçular” deputatlar haqda Parlamentin binasında kompramat yığırdırlar…

Milli Məclisin belə aparatını necə buraxmamaq olardı?

azadliq.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar