Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Qarabağ stəkanında" fırtına

10-05-2020, 08:34   
 

Aprelin üçünücü və mayın birinci ongünlüyündə Qarabağ məsələsində Ermənistan və Azərbaycan ictimaiyyətinin münaqişənin mərhələli nizamlanması mövzusuna yüksək diqqəti qeydə alınıb. Bu marağa Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərinin mərhələli nizamlanma variantı əsasında danışıqlar aparması haqqında bəyanatı səbəb olub. Bu variant erməni qoşunlarının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri ətrafında Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını, sülh münasibətləri qurulmasını və Dağlıq Qarabağın (DQ) statusunun həll edilməsini nəzərdə tutur.
Lavrov bu bəyanatı aprelin 21-də Moskvada İctimai Diplomatiyaya Dəstək Klubunun keçirdiyi dəyirmi masada səsləndirib.
""Madrid Prinsipləri", həmçinin Rusiya Federasiyasının 2010-2011-ci ildə hazırladığı sənədlər - "Kazan sənədi" var. Bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada həmsədrlərin iştirakı ilə keçirilən görüşündə təqdim edilmiş layihələr var. Hazırda onlar fəal şəkildə müzakirə olunur. Bu sənədlər mərhələli yanaşma əsasında nizamlamaya doğru irəliləməyi nəzərdə tutur. Birinci mərhələdə ən aktual problemlərin həlli - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonun azad edilməsi və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların açılması nəzərdə tutulur.
Əminəm ki, biz bu sənədlərin imzalanması haqqında qərar əldə etdikdə, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi istiqamətində ən mühüm addım olacaq", deyə Lavrov bildirib.
Faktiki olaraq Lavrov heç bir yeni və münaqişə tərəflərinin, xüsusən də Ermənistanın kəskin reaksiyasına səbəb ola biləcək inqilabi bir şey deməyib. Yerevanda bu mövzudan baş nazir Paşinyanın əleyhdarları tərəfindən istifadə edilib və daxili siyasi mübarizənin növbəti elementinə çevrilib. Azərbaycan tərəfi hadisəyə daha təmkinli reaksiya verib və Lavrovdan daha çox, erməni tərəfin şərhlərinə cavab verib.
"Lavrov yeni və inqilabi bir şey deməyib, uzun illərdir danışıqların aparılmasında əsas olan Minsk prinsiplərinin bəndlərindən birini təkrarlayıb. Dağılışmaq olar", deyə Azərbaycanlı tarixçi və publisist Eldar Ginesli Lavrovun çıxışına reaksiya verib.
Nəhayət, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentin Ermənistanın xarici əlaqələri komissiyasında ehtirasları təskin etmək məcburiyyətində qalıb. O, mayın 4-də komissiyada bildirib ki, tərəflərin öhdəliklərini tarazlaşdıran plan hazırlamaq lazımdır. "Tərəflərdən birinin mövqelərini zəiflədib, digərinin isə öz mövqelərini qoruyub-saxladığı həll isə mümkün deyil".
Bir müddət əvvəl hər iki ölkənin XİN-i toqquşan əsas mövqelərini ifadə edib. Ermənistan DQ-ni Azərbaycanın tərkibində, Azərbaycan isə öz ərazilərinin hüdudlarından kənarda görmür.
ATƏT-in DQ üzrə Minsk Qrupunun həmsədrləri sonuncu dəfə mərhələli plana baxışlarını 1 mart 2019-cu il tarixində prezident Əliyev və baş nazir Paşinyanın 29 mart Vyana görüşü ərəfəsində açıqlayıblar. Faktiki olaraq, bu, danşıqların davam etdirilməsi üçün platforma idi.
Həmsədrlərin mövqeyinin mahiyyəti belə ifadə edilmişdi: Minsk Qrupu prosesinin mahiyyəti ilə bağlı bu yaxınlarda səslənən bəzi ziddiyyətli ictimai bəyanatlara toxunaraq, həmsədrlər təsdiq edirlər ki, ədalətli və möhkəm nizamlanma Helsinki Yekun Aktının əsas prinsiplərinə, xüsusən, 1) güc tətbiq edilməməsi və ya güc tətbiqi təhdidindən istifadə olunmaması, 2) ərazi bütövlüyü və 3) xalqların bərabər hüquqları və öz müqəddəratını həll etməsi prinsiplərinə əsaslanmalıdır. Buraya həmçinin həmsdər ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər, o cümlədən: 1) Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; 2) Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarə zəmanətini təmin edən müvəqqəti statusu; 3) Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz; 4) Dağlıq Qarabağın gələcək yekun hüquqi statusunun hüquqi cəhətdən məcburi olan iradənin ifadə edilməsi yolu ilə müəyyən edilməsi; 5) bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ; 6) sülhməramlı əməliyyatı da ehtiva edən beynəlxalq təhlükəsizlik zəmanəti də daxil edilməlidir.
Həmsədrlər vurğulayırlar ki, prinsiplər və elementlər münaqişənin istənilən ədalətli və möhkəm həllinin əsası olmalıdır və onlara bir vəhdət kimi baxılmalıdır. Prinsiplərin və ya elementlərin bəzilərinin digərlərindən üstün tutulmasına yönəlmiş istənilən cəhd tarazlaşmış həllə nail olunmasını qeyri-mümkün edəcək".
Azərbaycan və Ermənistan arasında müvəqqəti sülh sazişinin bağlanmasının 20 illiyi ərəfəsində - 2014-cü il mayın 7-də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrli Ceyms Uorlik rusiyalı və fransalı həmkarlarının iştirakı ilə hazırlanmış Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə 6 bənddən ibarət yenilənmiş təklifləri açıqlayıb. Yeni təşəbbüs "yenilənmiş Madrid prinsiplərinə" düzəlişlər edib və tərəflərin mümkün güzəştlərini yaxınlaşdırıb. Dağlıq Qarabağın gələcək statusunun Azərbaycan və Ermənistan arasında razılaşdırılmış iradənin bildirilməsi yolu ilə həll edilməsi zərurətini müsbət güzəştli məqam hesab etmək olar. Bu, təkcə gələcəkdə deyil, etimadın bərpası prosesinin gedişatı boyunca da problemə tarazlaşdırılmış yanaşma imkanı verəcək.
Həmsədr ölkələr hesab edirlər ki, pat vəziyyətindən çıxış münaqişə tərəflərinin mövqelərinin daha da yumşaldılması və onların yeni güzəştlərə hazırlığı əsasında mümkündür. Əslində faktiki olaraq söhbət ən əsas prinsiplərin (millətlərin öz müqəddəratını təyin etmə və dövlətlərin ərazi bütövlüyü) real olaraq razılaşdırılmasının təmin edilməsi məqsədilə yumşaldılmasından və güzəştli şəkildə yenidən düşünülməsindən gedir. Yəni Ermənistana millətin öz müqəddəratını təyin etməsi prinsipinin müəyyən çərçivələrlə, ən azı Azərbaycanın formal ərazi bütövlüyü çərçivələri ilə məhdudlaşdırılması zərurəti təlqin edilir. Azərbaycana isə formal olaraq dövlətin ərazi bütövlüyünün saxlanılması və Ermənistan tərəfindən işğal edilmiş rayonların mərhələli şəkildə azad edilməsi şərti ilə "öz müqəddəratını təyin edən bölgədə" suverenliyinin xeyli məhdudlaşdırılmasının qaçılmaz olduğu qəbul etdirilir.
Həmin vaxtdan etibarən danışıqlar prosesi bu mərhələli nizamlama paketinin təklifləri ətrafında dönür. Və göründüyü kimi, tərəflərin yanaşmalarında yeni heç nə yoxdur. Mövqelər eynidir. Və saatlarla davam edən bütün danışıqlar bir-birini istisna edən, 30 illik münaqişənin nizamlanmasına mane olan iki prinsipi: millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsipini birləşdirməyə yönəlib.
Danışıqlar prosesinin davam etdiyi müddət boyunca dəfələrlə daxili siyasi və xarici siyasi mübarizədə xırda pula çevrilməsi isə başqa məsələdir. Mərhələli nizamlanma ilə bağlı böhtanlar və uydurmalar dəfələrlə "Qarabağ stəkanı"nda fırtına qoparıb. Məsələn, 2016-cı il iyunun 22-də Azərbaycan Prezident Aparatının beynəlxalq məsələlər şöbəsinin müdiri Novruz Məmmədovun iyunun 20-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündə Qarabağ münaqişəsinin mərhələli nizamlanması haqqında prinsipial razılıq əldə edilməsi haqqında bəyanatı sensasiya doğuran xəbər kimi qəbul edilib. Xüsusən, Novruzovun bəyanatının əvvəlcə ərazilərin azad edilməsi, daha sonra status məsələsinin həlli barədə hissəsi. Buna cavab olaraq Ermənistan XİN başçısı Edvard Nalbandyan bildirib ki, əvvəlcə Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır, daha sonra ərazilər qaytarılmalıdır.
Qeyd etmək lazımdır ki, 90-cı illərin sonlarında tərəflər Qarabağ düyününün açılmasına heç vaxt olmadığı qədər yaxın idilər. 1996-cı ilin 2-3 dekabr tarixlərində ATƏT-in Lissabon Sammitindən sonra rəsmi Bakı mərhələli nizamlanma prosesinin tezliklə başlayacağını bəyan edib. 1997-ci il sentyabrın 26-da prezident Levon Ter-Petrosyan da açıq-aşkar mərhələli yanaşmanı dəstəkləyib, bu isə xarici qüvvələrin də iştirakı ilə "saray çevrilişinə" və onun istefasına gətirib çıxarıb.
Tarixin artıq başqa şəraitdə və başqa personajlarla təkrarlana biləcəyini istisna etmək olmaz. Və "Qarabağ stəkanı"nda fırtına buna qarşı ehtiyat tədbiri ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar