Bakıda baş vermiş dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedaqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi oğluna müraciət edib. V.Vəliyev N.Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik, o, V.Vəliyevə verdiyi pulu geri ala bilməyib.
Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə iş başlanılıb.
Zəruri istintaq hərəkətləri həyata keçirilir.