“İrşad Electronics” MMC-yə inzibati protokol yazılıb.
XALQ.AZ pravda.az istinadən xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.
Xəbər verdiyimiz kimi “İrşad Electronics” MMC-dən ilk dəfə deyil müştərilər şikayət edir.