Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Genetik Ehtiyatlar İnstitutunda nə baş verir?- 60-70 illik ağacları kəsirlər… - FOTO

Dünən, 08:54   




sharethis sharing button


Genetik Ehtiyatlar İnstitutunda nə baş verir?- 60-70 illik ağacları kəsirlər… - FOTO

“Genetik Ehtiyatlar İnstitutundakı 60-70 illik ağacları kəsib yerində yarımstansiya tikirlər”.

Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşayan sakin Ramin Məmmədzadə saytımıza müraciət edib.  O bildirib ki, bu ilin fevral ayında 13 ağac kəsilərək məhv edilib:

“Biz sakinlər bunun qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndələri həmin yerə gəldilər və  müdaxilə etdilər. Nəticədə ağacların kəsilməsi dayandırıldı.

İnstitutun həyətində dünəndən yenidən qazıntılara başlayıblar. “Azərişıq”ın nümayəndələri oraya gəlmişdilər. Biz sakinlər onlara bildirdik ki, yarımstansiya tikilirsə, bu yaşayış yerindən 500-1000 metr uzaqlıqda olmalıdır. Onlar isə bizi təkzib etdilər və dedilər ki, 10 metr uzaqlıq kifayətdir. Bəs bu stansiyanın şüasını nəzərə almırlar?  Bu stansiya Nərimanov, Nəsimi və Binəqədi rayonunu işıqla təmin edəcək. Amma yaxınlıqda yaşayan sakinlərin həyatı təhlükəyə atılır. Eyni zamanda ağacların məhv edilməsi ilə təbiətə ziyan vururlar”, -deyə R. Məmmədov bildirib. (Musavat.com)



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar