İran ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda raket sistemlərini həyəcan vəziyyətinə gətirib.
APA bu barədə İran KİV-ə isitinadən xəbər verir.
Qeyd olunub ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğularının hazırlanır.
“Tehranın onun şərtləri əsasında yeni nüvə sazişi ilə razılaşmadığı təqdirdə prezident Donald Trampın dəfələrlə təhdidləri fonunda İran ordusu ABŞ-la mövqeləri vura biləcək raketlər hazırlayıb”, – məlumatda deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.