Pərvin Ağasiyevin oyunları! Quba-Xaçmaz Regional Təhsil İdarəsində nələr baş verir? video
27-03-2025, 09:38
Pərvin Ağasiyevin qanunsuzluqları haqqında hərtərəfli məlumatların verildiyi bu videoda siz hegemonluğu və təhsil oyunlarının şahidi olacaqsınız. Pərvin Ağasiyevin öz istəklərinə əsasən təhsil işçilərinin başlarına açdıqları oyunları görəcəksiniz. Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş rəhbəri Rüfət Hacıyevin başına gələnlərdə də birbaşa Pərvin Ağasiyevin əli olmuşdur. Müəyyən oyunlar vasitəsilə Rüfət Hacıyevin işdən azad olunmasına nail olmuşdur. Hansı ki, Rüfət Hacıyevin bugünkü vəziyyəti birbaşa Pərvin Ağasiyevin əsəridir. Rüfət Hacıyev Elm və Təhsil Nazirliyinin Regional idarələri rəhbərləri içərisində tək-tük təhsil ixtisası üzrə peşəkarlardan biri idi. Amma onu da işdən çıxarıb qeyri-peşəkar rəhbərləri işə qəbul etdilər. Maraqlıdır, Pərvin Ağasiyev yeni rəhbərlə hansı münasibətdədir? Onun da ipini çəkmək üçün işlər gedirmi? Yeni oyunlar hazırlanırmı?
Bir digər məsələ isə Elm Və Təhsil Nazirliyi bütün bunlardan xəbərdar deyilmi? Niyə heç bir tədbir görülmür? Niyə axı Emin Əmrullayev qeyri-peşəkarları Regionallara rəhbər götürür, axı bu nə dərəcə düzgündür? Özü də qeyri-peşəkar, komandası da? Hamı, idarəetmə, maliyyə ixtisası olduğundan təhsildə də ancaq biznes oyunları ilə məşğuldur.