Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.
ANAXEBER.INFO "qaynarinfo"ya istinadən xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib.
Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yanyan xoruş döyüşünü izləmələri olub.