Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qürur, dəhşət və təlaş: Ukraynalıların Oval kabinetdə Trampla Zelenski qarşıdurması haqqında düşündükləri

Bu gün, 15:06   



Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenskı, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında baş verən xoşagəlməz mübahisə ukraynalılara müxtəlif cür təsir edib.

Bəziləri ölkə liderinin duruşundan qürur duyur, digərləri ABŞ-Ukrayna münasibətlərinin gələcəyi və baş verənlərin ölkənin özünü qorumasına necə təsir göstərəcəyi ilə bağlı narahatlığı önə çəkir.

"Kömək edə biləcək davranış deyil"

Ukraynanın Avropa İttifaqındakı keçmiş səfiri Andriy Veselovski, əsasən, "dəhşət" hiss etdiyini deyir.

"…Gördüklərimdən sonra əhvalım çox pozulub. Oval kabinetdə vitse-prezidentə və prezidentə səsini qaldırmaq və onların hər ikisinin sözünü kəsmək Ukraynanın maraqlarına kömək edə biləcək davranış deyil", - Veselovski fevralın 28-də AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində belə deyib.

Fevralın 28-də Zelenskinin Oval kabinetdə Trampla görüşü gərgin və əsəbi ortamda keçib. Mübahisədən az sonra Zelenski Ağ evi tərk edib və Tramp deyib ki, Ukrayna lideri sayqısızlıq göstərib və "sülhə hazır olduğu zaman geri qayıda bilər".

Görüş yarımçıq kəsiləndən öncə Tramp deyib ki, Ukrayna güzəştlərə getməli olacaq və Kiyev ABŞ-nin yardımına görə daha çox təşəkkür etməlidir. Zelenski ABŞ-nin güvənlik öhdəliklərini önə çəkib və Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib ki, "qatilə heç bir güzəşt" olmamalıdır.


Mərkəz sağçı Avropa Həmrəylik Partiyasından seçilmiş millət vəkili Oleksiy Qonçarenko da Veselovskinin fikrini paylaşıb və olayı "Trampla münasibətlərin sonu" adlandırıb.

AzadlıqRadiosu Ukrayna xidmətinin əməkdaşı Serqiy Setsenkonun hazırladığı yazıda deyilir ki, Ukrayna küçələrində sadə vətəndaşlar arasında da bir çoxları bənzər düşüncələri paylaşır.

"ABŞ-nin köməyinə ehtiyacımız var"

Ukraynanın qərbində yerləşən Rovno şəhərində bir qadın AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, Ağ evdə keçirilən və hər yerdə yayımlanan görüş Ukrayna haqqında "olduqca mənfi" təəssürat yaradıb. "Axı biz savaşda olan ölkəyik və ABŞ-nin köməyinə ehtiyacımız var. [Görüş] daha peşəkar olmalıydı", - bunu da həmin qadın söyləyib.

Di gəl, bir çox ukraynalı da prezidentlərinin Ağ evdəki duruşundan qürur duyduğunu deyir.

"Doğrusu, Ukrayna üçün sonucların necə olacağını bilmirəm, ancaq əminəm ki, biz öz gücümüzü göstərmişik. Prezidentimiz göstərdi ki, biz güclüyük, əyilməyəcəyik və öz fikrimiz var", - Rovno şəhərindəki başqa bir qadının sözləridir.

Kiyevli pensiyaçı Natalya Serqiyenko "The Associated Press"ə deyib ki, "Zelenski aslan kimi döyüşdü. … Onların söhbəti çox gərgin keçdi, ancaq Zelenski Ukraynanın maraqlarını qoruyurdu".

"Bizə yalnız güvənlik qarantiyası olan ədalətli sülh lazımdır"

Rusiya ilə həmsərhəd Xarkov bölgəsinin rəhbəri Oleq Sinequbov da Zelenskini alqışlayıb. O, AP-yə deyib ki, Ukrayna prezidenti Ukraynaya güvənlik təminatı verilmədən heç bir sülh sazişinin olmayacağına dair mövqeyinin üstündə möhkəm dayanıb: "Basqılara baxmayaraq, liderimiz Ukrayna və ukraynalıların maraqlarının müdafiəsində möhkəm dayanıb. Bizə yalnız güvənlik qarantiyası olan ədalətli sülh lazımdır".

Ukrainians Express Dismay Over Fractious White House Meeting Between Zelenskyy And Trump
Embed paylaş
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:001:360:00






Bəzi ukraynalılarsa qürurla yanaşı, Zelenskiyə göstərilən münasibətə görə qəzəb hissi də keçirib.

"Biz demokratiya üçün vuruşuruq, ancaq döyüşçülərimiz, əsgərlərimiz və ölkəmizin xalqı əsl sayqısızlıqla qarşılanır", - əslən Rusiya işğalı altında olan Luqanskdan olan Artyom Vasilyev "Reuters"ə belə deyib.

Vasilyevin fikrincə, Tramp "anlamır ki, insanlar ölür, şəhərlər dağıdılır, insanlar , analar, uşaqlar, əsgərlər əziyyət çəkirlər".

Reaksiyalar necə olsa da, ukraynalıların çoxu bu müharibədə Ukraynanın əsas müttəfiqi olan ABŞ ilə gərilmiş münasibətləri necə bərpa etmək məsələsində birləşir.

"Biz Avropa ilə bağlarımızı davamlı gücləndirməli, Avropaya və özümüzə fokuslanmalıyıq", - Ukraynanın mərkəzi hissəsində yerləşən Dnepr şəhərindəki bir qadın AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib.

Keçmiş səfir Veselovskinin fikrincə, Zelenskinin cavabı daha təmkinli olmalıydı. O, hazırda Ukrayna prezidentinin, ümumiyyətlə, yenidən Ağ evə daxil ola biləcəyinə şübhəylə yanaşır.

"Gərginliyi azaltmalıyıq"

Zelenskinin "Xalqın xidmətçisi" partiyasından seçilmiş millət vəkili Oleksandr Merejko AzadlıqRadiosuna deyib ki, necə çətin olsa da, Ukrayna Trampla işləməlidir, axı itirilə biləcək çox şey var. "Biz gərginliyi azaltmalıyıq. Bəzi əlaqələr – Trampa təsir edə bilən konqresmen və senatorlar var… Biz bu adamlarla dərhal əlaqəyə girməliyik", - Merejkonun sözləridir.

Kiyev meri Vitali Kliçko Telegram-da paylaşdığı postunda Ukraynanın "bizim üçün son dərəcə vacib olan" ABŞ dəstəyini itirməyəcəyinə ümid bəslədiyini yazıb və əlavə edib: "Bu gün istənilən tərəf üçün duyğuların vaxtı deyil. Ortaq məxrəci tapmalıyıq".


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar