Bura Gəncə şəhərində yerləşən 38 saylı hərbi şəhərciyin yataqxana binasıdır. Kəlbəcər rayonundan məcburi köçkünlər 30 ildən çoxdur burada məskunlaşıb. Elektrik, qaz, kanalizasiya problemi olan bina isə qəzalı vəziyyətdədir.
Sakinlər dəfələrlə Gəncə şəhər İH-nə yeni yerlərə köçürülmə ilə bağlı müraciət etsələr də, onların şikayətini nəzərə alan olmayıb. Kəlbəcərlilərin yeganə gümanı tezliklə doğma torpaqlarına qayıtmağa qalıb.