Təhmas Rüstəmov qonşusunu ölümcül döydü

Bu gün, 08:33   



Bir neçə gün öncə 7NEWS.az saytında "SOCAR-ın audit rəisi bağ qonşusunu ölümcül döydü – TƏFƏRRÜAT” başlıqlı yazı dərcetmişdik. Yazıda qeyd edilirdi ki, SOCAR-ın Daxili Audit İdarəsinin rəisi Təhmas Rüstəmov Bilgəhdəki villasında olarkən maraqlı hadisə yaşanıb. Belə ki, Təhmas Rüstəmov tutarlı səbəb olmadan öz bağ qonşusu ilə mübahisə edib, ağır bədən cəsarətləri yetirib, ölümcül döyüb. 
Məlumatda qeyd edilir ki, məsələyə Sabunçu rayon hüquq-mühavizə orqanları qarışıb. Təhmas Rüstəmov bütün gücünü ortaya qoyub hüquq-mühavizə orqanlarına təsir göstərmək istəsə də, şikayətçi sona qədər ədalətin bərpa olunması üçün mübarizə aparacağında israrlıdır. Məlumatda o da qeyd edilir ki, bu Təhmas Rüstəmovun ilk kriminal addımı deyil. Belə ki, o bütün bağ qonşularına qənim kəsildiyi, özünü Bilgəhin hamisi elan etdiyi deyilir. Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərəcəyik. Eyni zamanda, qeyd olunur ki, döyülən şəxs də ölkədə sayılıb-seçilən, hörmətli şəxslərdəndir. 
Məsələ ilə bağlı AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ nə deyir? Cinayət məcəlləsinin 126.1 , 126.2.2, 126.2.4 maddələrinə görə bu əməli törədən şəxs doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mövzunu diqqətdə saxlayacağıq. 
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar