Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşı Elşad Səfərova peşə bayramı günündə - oktyabrın 13-də şiddətli töhmət verilib. Dekabrın 24-də, Prezident İlham Əliyevin doğum günündə isə ondan işdən azad olunması haqda ərizə yazması tələb olunub. Anaxeber.info yazır ki, Elşad Səfərov üzləşdiyi bu problemlə bağlı müraciət yayıb. Onun sözlərinə görə, peşə bayramı günündə ona töhmət verilməsi, prezidentin doğum günü işdən çıxması tələbi ona edilən ikiqat haqsızlıqdır. Elşad Səfərov dəmiryolçu olmaqla yanaşı yaradıcı insandır - mahnı bəstələyir, şeir yazır, bəzən özü səsləndirir. O, 2020-ci ilədək ADY-də hər hansı problemlə üzləşmədiyini bildirib. E. Səfərov qeyd edib ki, həmin il Türkiyə lideri Ərdoğana mahnı bəstələyib, ondan sonra münasibət dəyişib: "Mənə qarşı təzyiqlər oldu. İş saatımı azaltdılar, töhmət verildi, müxtəlif basqılar gördüm. Ərdoğana mahnı bəstələyənə qədər heç bir problemlə üzləşməmişdim. Mən sədr Rövşən Rüstəmovun qəbulunda oldum, dedi ki, müraciətim araşdırılacaq. Ancaq nəticəsi bu oldu ki, işdən çıxmaq haqda ərizə yazmağımı tələb etdilər. Dedilər ki, əks halda, Əmək Məcəlləsinin 70C bəndi ilə işdən azad ediləcəksən".
E.Səfərov prezidentə və aidiyyatı qurumun rəhbərinə müraciət edərək haqqının bərpa olunmasını gözləyir.
Anaxeber.info