Daha bir ölkədə dəhşətli təyyarə qəzası: 179 nəfər həlak oldu

29-12-2024, 09:53   





IMG 4055

Cənubi Koreyada qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 179 nəfərin həlak olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İki nəfərin xilas edildiyi bildirilib.

Təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğu bildirilib.


***


Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Report xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Son xəbərlərə görə, təyyarə qəzasında 3 nəfər sağ qalıb.

Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar