Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

13 yaşlı ana: Kimdir müqəssir? - "Burada rüşvət amili var"

28-03-2025, 10:17   


 



 



Ötən günlərdə Ağcabədi rayonunda 13 yaşlı qızın 24 yaşlı oğlandan hamilə qalması ilə bağlı xəbər bütün ölkəyə səs-səda saldı. Demək olar ki, tanıyan, tanımayan hər kəs 13 yaşlı qızın müdafiəsinə qalxdı və bu hadisəyə etiraz etdilər. Daha sonra məlumat yayıldı ki, ailəsi həmin qızdan imtina edib.

Amma əslində məsələ daha sonra aydınlığa qovuşdu. 24 yaşlı oğlanın ailəsi ilə 13 yaşlı qızın ailəsi razılıq əsasında bunları nişanlayıblar. Nişanda məlum olub ki, qız hamilədir, məsələni ört-basdır etmək üçün elə tez-bazar ailələr arasında toy da ediblər ki, gizli qalsın. 18 yaşı tamam olanda isə, rəsmi nikah olacaqmış.

Lakin hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Faktla bağlı cinayət işi açılıb.

Hər kəs bu valideynlərin və oğlanın cəzalanacağını gözlədiyi bir vaxtda məhkəmənin hökmü ilə oğlan barəsində şərti cəza təyin edilib və o, azadlığa buraxılıb. Beləcə məsələ də bağlanıb.

Bəs, 13 yaşlı qızcığazın başına gətirilən bu hadisəyə görə niyə cəzalanan tərəf olmadı? Ümumiyyətlə bu cür halların məsuliyyətini kim daşıyır? Dövlət bu halların qarşısını almaq üçün hansı addımlar atmalıdır? Turkustan.az olaraq suallarımızı Hüquq və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlıya ünvanladıq. Ekspert bildirdi ki, çox təəssüf ki, bəzən belə hallara rast gəlirik.

Elçin Bayramlı: Yerli istehsalçılar sıradan çıxıb, onların yerini idxal  monopolistləri tutub.

Həqiqətən də neqativ bir tendensiyadır. Qanunvericilikdə bununla bağlı cəzalar, məhdudiyyətlər var. Məsələ qalır sadəcə bunun həyata keçirilməsi mexanizminə. Əgər bu tətbiq olunmursa, mütləq şəkildə burada rüşvət amili var. Və belə olan halda da bu cinayət artıq digər cinayəti kölgədə qoyur. Ona görə də belə hallarda media məsələni, heç bir tədbir görməyən, cəza verməyən, müdaxilə etməyən dövlət orqanları ilə araşdırmalıdır. Çünki əgər bi neçə dəfə ciddi, ağır cəzalandırmalar olarsa, bu başqalarına da dərs olar və bu kimi halların sayı azalar. Bəli, bu işin təşkilatçıları hər iki tərəfin valideynlərdir, ona görə də onlar konkret həbs edilməlidir. Eləcə də 13 yaşlı uşaqla evlənən digər şəxsə də mütləq şəkildə həbs cəzası verilməlidir. Yəni bax belə real, praktik cəzalar bu məsələnin həllində rol oynaya bilər. Yoxsa marifləndirmə və digər şeylər, bunlar uydurma sözlərdir, nağıldır və heç bir təsirə malik deyildir. Bunun yalnız bir yolu var- sərt cəzalar, ağır tədbirlər. Bundan başqa həll yolu görmürəm..Əgər yüngül hesab edilən xətalar törədən insanlara cəzalar verilirsə, bu cür ağır cinayətlər də cəzasız qalmamalıdır.

Aytən Yaşar/ Turkustan.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar