Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın qərbində baş verən qarşıdurmalarda həlak olan mülki vətəndaşların sayı 970 nəfəri ötüb.
Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində həlak olan mülki əhalinin sayı bir gündə 830 nəfərdən 973 nəfərə yüksəlib. Bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb. Məlumata görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların sayı açıqlanmır. Həlak olanların əksəriyyəti ələvi icmasının üzvləridir - bu icma Suriya əhalisinin 12 faizini təşkil edir.
Mövcud hakimiyyətin təhlükəsizlik qüvvələri Lazkiyə və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib, lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir. Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox silahlı öldürülüb. Suriyanın yeni hakimiyyətini dəstəkləyən silahlı qruplar isə 231 döyüşçünü itirib.
Hürr Tərcüman