Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ və Rusiyadan BMT-də ortaq addım: Qapalı müzakirə olacaq

Bu gün, 09:45   




Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. Qapalı məsləhətləşmənin bu gün mətbuata qapalı olaraq keçiriləcəyi və münaqişənin dayandırılması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə tərəfdarları arasında martın 6-dan bəri davam edən qarşıdurmalarda 745 mülki şəxsin və 125 təhlükəsizlik qüvvəsi üzvünün həlak olduğu, 148 Əsəd tərəfdarının da zərərsizləşdirildiyi bildirilir.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar