"Şikayətim yenə kənd Əhmədlidə "Azəriqaz"ın nümayəndəsindəndir və "Azəriqaz" MMC-dəndir". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mehriban Qurbanova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Qaz sayğacına nə edirlərsə, qaz pulunu kəllə-çarx yazır.
Bizdə evdir... çörək sexi deyil. Necə olur axı ayın əvvəlinə 150 manat ödəyirəm... ayın axrına "Azəriqaz"ın nümayəndəsi özündən 50 manat qazpulu yazır gəlir?