Helikopterlə sərnişin təyyarəsi toqquşdu - 60-a qədər ölən var - VİDEO

Bu gün, 09:56   



Helikopterlə sərnişin təyyarəsi toqquşdu - 60-a qədər ölən var  - VİDEO

Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.

Qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.

Polis ölənlərin sayını açıqlamadan bir neçə cəsədi çaydan çıxarıb.

Merilend rəsmiləri qəza yerinə dalğıclar göndərib.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.

Olke.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar