Dövlət Dəniz və Liman Agentliyinin tender oyunu

Bu gün, 09:23   




media-afqan

Dövlət Dəniz və Liman Agentliyinin iki tenderi bir gündə ləğv edilib. XALQ.AZ xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, həmin tenderlərdən biri mətbəə üçün avadanlıqların və sərfiyyat materiallarının satınalınması ilə bağlı olub.

Agentliyin bu məqsədlər üçün 456.282,22 manat pul ayırdığı, lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən rədd edildiyi qeyd olunub. Səbəb kimi isə qanunun 36.1.1-ci maddəsinin pozulması göstərilib.

Dövlət Dəniz və Liman Agentliyinin ləğv edilmiş ikinci tenderi isə gəmilərə cari təmir xidmətinin satınalınmasıyla bağlıdır. 127.286,17 manat dəyərində olan bu işlərin reallaşdırılmasına da qanununların şərtlərinin pozulması göstərilib.

Xatırladaq ki, hazırda sözügedən dövlət qurumunu Əfqan Cəlilov idarə edir. O, Agentliyin sədri vəzifəsinin səlahiyyətini müvəqqəti icra edən şəxs olmaqla yanaşı, həm də Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin üzvüdür.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar