Azərbaycanda fəaliyyət göstərən səyahət və turizm şirkətlərini fəaliyyətindən narazılıq səngimir.
Bu dəfə də “Sava Tour” şirkətinin fəaliyyətindən şikayət var.
Şirkətin fırıldaq əməllərinin qurbanı Bakı sakini Gülay Mustafayeva olub.
G. Mustafayeva Gununsesi.info -ya bildirib ki, 2024-cü ilin 19 dekabr tarixində şirkətdən Misir Ərəb Respublikasına 1 həftəlik tur paket sifariş edib.
O vurğulayıb ki, şirkətin adı ilə göndərilən kart hesabına öz kart hesabından 1052 manat pul ödəyib: “Tur şirkətinin işçisi Hüseyn Mübariz oğlu Kələşli məni inandırdı ki, aktiv tur var, məbləği ödəyib əldə edə bilərsiniz. Ödənişi etdim, uçuşdan əvvəl məlumat verdilər ki, şirkətin sistemində olan problemlə bağlı sənətlərim tam hazırlaynmayıb. Səfərim baş tutmadı, 1 aydır ki, pulumu da geri ala bilmirəm”.
Zərərçəkənin sözlərinə görə, bu hadisədən sonra şirkətin sahibkarı işçini işdən azad edib: “Özünü təmizə çıxarmağa çalışır. Qəribədir, o, iddia edir ki, bu hadisə dəfələrlə baş verib”.
Qeyd edək ki, Gülay Mustafayeva hadisə ilə bağlı 23 yanvar 2025-cü il tarixində hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.