İcra başçısının arxasında iki qızdırıcı, vətəndaşlar gödəkcədə – Fotolar

Bu gün, 11:09   




İcra başçısının arxasında iki qızdırıcı, vətəndaşlar gödəkcədə – Fotolar

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yanvarın 8-də Piran kəndində Piran və Zərigüməco kəndlərinin sakinlərinin iştirakı ilə səyyar qəbul keçirib.

Hurriyyet.az xəbər verir ki, İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən qəbul zamanı çəkilmiş fotolar müzakirələrə səbəb olub.

Belə ki, fotolarda qəbulun keçirildiyi zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. İcra başçısının keçirdiyi görüş zalında istiliyin olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub.

Maraqlıdır ki, qəbulda iştirak üçün gələn vətəndaşların əksəriyyəti zalda gödəkçə ilə əyləşiblər. Qəbul zamanı sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli, yollarının təmiri kimi məsələlər dilə gətirilib.

Qeyd edək ki, bu barədə məlumatı ilk dəfə “Qaynarinfo” yayıb.

facebook sharing button 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar