Səhiyyə nazirliyində Elşad Hacıyevin tender oyunu

Bu gün, 10:08   








Səhiyyə Nazirliyinin daha bir tenderi ləğv edilib. XALQ.AZ xəbər verir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətinin planlaşdırdığı işə icazə verilməyib.
Belə ki, sözügedən qurum Səhiyyə Nazirliyinin Tabeliyində olan Tibb Müəssisələrinin əsaslı təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını reallaşdırmaq istəyib. Bunun üçün 729,5 min manat vəsait də ayırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunun tələblərinin pozulmasını əsas tutaraq, tenderin nəticələrini ləğv edib. Bundan başqa, Dövlət Xidməti nazirliklə bağlı AİBNDX/SQ-14308/2024 sayı qərar da təqdim edib. 


Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətin  rəhbəri Elşad Hacıyevdir


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar