Naxçıvan Muxtar Respublikasına təyin edilən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Ordubaddakı Cümə məscidinin yenidən istifadəyə verilməsi ilə bağlı tədbirdə keçmiş rəhbər Vasif Talıbovu sərt tənqid edib.
Hurriyyet.az-ın “gundeliknaxçıvan”a istinadən verdiyi xəbərə görə, o, Talıbovun qurduğu idarəçiliyin yarıtmaz fəaliyyəti nəticəsində tarixi abidələrə ciddi zərər dəydiyini bildirib:
“Bu yarıtmaz fəaliyyət nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə və Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib. Azərbaycan tarixində və mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı “restavrasiya” nəticəsində abidələr ilkin formasını tamamilə itirib”.
Fuad Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda rayondakı “Ərbabın iş yeri” və ona bitişik tarixi bina da bərpa olunacaq.t